Talış kəndi 1992-ci ildə də azad olunmuşdu
Son günlər Azərbaycan və erməni ordularının döyüş meydanına çevrilmiş Tərtər rayonunun Talış kəndini 1992-ci ildə Azərbaycan ordusu azad etmişdi. Sonrakı illərdə kənd yenidən erməni qüvvələrinin nəzarətinə keçdi. Fotojurnalist Mirnaib Həsənoğlunun 1992-ci ildə kənd azad edilərkən çəkdiyi fotolar.
Guardian Qarabağdan yazdı
Böyük Britaniyanın «The Guardian» qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı redaksiya məqaləsi dərc edib:
"Ermənistan Dağlıq Qarabağı maliyyə və hərbi yolla dəstəkləyir. Rusiya da onun arxasında durur. Qarşı cəbhədə isə Azərbaycan və arxasında Türkiyə dayanır. Rusiya-Türkiyə münasibətləri Suriya müharibəsinə görə korlanıb. Emosiyalar səngiməsə, Dağlıq Qarabağda tammiqyaslı müharibə hər iki güc dövlətini münaqişəyə çəkə bilər".
"...Dünya Rusiya və Türkiyənin də əllərindəki kartları ehtiyatla oynayacaqlarına ümid bəsləyir".Media icmalı
Qərb münaqişələrin həllinə qərar verib?
Sülhəddin Əkbərin fikrincə, artıq Qərb keçmiş SSRİ məkanında münaqişələrin həllinə qərar verib: «Demək olar ki, Cənubi Qafqazın taleyi həlledici mərhələyə daxil olub və bundan sonra Azərbaycan ətrafında gərginliyin arta bilməsinə hazır olmaq lazımdır».S.Əkbər deyir ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasını istəyir. Bu isə onun fikrincə, Azərbaycanın 1991-ci ildən bu yana qazandığı müstəqilliyini itirməsi demək olardı
Məmmədyarov və Lavrov optimist danışırlar
Elmar Məmmədyarov: "Masa üzərində təklif paketləri var. Bir məsələ aydındır ki, ermənilər o torpaqları dərhal tərk etməlidirlər. Təhlükəsizliyin təmin edilməsi məsələsi də nəzərdən keçirilməlidir. Nəticəyə gəlməliyik”.
Rusiya XİN rəhbəri Sergey Lavrov isə məsələnin həllinə çox yaxın olduqlarını qeyd edib:
“Münaqişənin tez həllində çox maraqlıyıq. Çünki burada tranzit infrasutrukturu, onun təhlükəsizliyi hamımızın marağındadır. Elə etmək lazımdır ki, hər gün snayperlər hər gün bir-birinin gözünün içinə baxmasınlar”. Nazirlər bunları Bakıda Rusiya, Azərbaycan və İran Xarici işlər nazirlərinin görüşü bitəndən sonra deyiblər.