“Qarabağ ordusu” dedikləri nədir?
Bəzi Qərb ekspertləri bildirirlər ki, separatçıların 20 minlik silahlı qüvvəsinin yarısını Ermənistan vətəndaşları təşkil edir
Medvedev Bakıdadır
Aprelin 8-də Rusiyanın baş naziri Dmitry Medvedev Qarabağ probleminin həlli ilə bağlı Azərbaycana gəlib.
D.Medvedev-i Rusiya baş nazirinin müavini Dmitry Rogozin və digər rəsmi şəxslər müşayiət edirlər. O, bir gün əvvəl isə Ermənistana səfər etmişdi.
Svante Cornell: "Vaşinqton görməlidir ki, Moskva problemin bir hissəsidir"
«The Wall Street Journal» qəzetinin Avropa nəşrindəJohn Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Cornell yazır:
«Görünür, Obama administrasiyası inanir ki, Azərbaycan-Ermənistan münaqişəsi bir vakuumda yerləşir və regional gərginliklərdən, Rusiya prezidenti Vladimir Putin-in dağıdıcı rolundan təcrid durumundadır. Artıq vaxtı çatıb, Vaşinqton görməlidir ki, Moskva problemin çözücüsü yox, bir hissəsidir. Bunu görməli və münaqişəni sülh məcrasına yönəltməkdən ötrü liderliyi ələ almalıdır».
Bakıda avtobuslar toqquşub
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində «Diqlas» Ticarət Mərkəzinin qarşısında olunub.
103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Nizami Rayon Polis İdarəsindən bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi, hələlik, məlum deyil. 10 nəfərsə yaralanıb.