Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 19:33

Tanınmış incəsənət xadimi 'avtoritar Azərbaycanı' təriflədiyinə görə tənqid olunur


Professor Martin Roth
Professor Martin Roth

İncəsənət əsərlərinin satışı ilə məşğul olan Artnet Worldwide Corporation şirkətinin ArtNet saytının Avropa redaktoru Hili Perlson Londondakı Victoria & Albert muzeyinin keçmiş direktoru Martin Roth-un Venesiya Byennalesi ilə əlaqədar Azərbaycan haqqında dediklərinin kəskin tənqid olunmasından yazır.

Martin Roth London muzeyinin direktoru postunu ötən il Britaniyanın Avropa İttifaqından ayrılmasına etiraz olaraq tərk edib və ana vətəni olan Almaniyaya köçüb.

İndi isə Almaniya mediası onu “avtoritar Azərbaycanın” Venesiya pavilyonuna kuratorluq etməsini tənqid atəşinə tutub.

Cənab Roth hazırda Almaniyada Xarici Mədəni Əlaqəlar İnstitutunun prezidentidir.

O Almaniyanın Der Tagesspiegel qəzetinə müsahibəsində 57-ci Venesiya Byennalesində Azərbaycan pavilyonunun kuratoru vəzifəsini niyə öz üzərinə götürdüyü barədə izahat verərkən deyib ki, “Azərbaycan müxtəlif mədəniyyətlərdən olan insanların tolerant birgəyaşayışı üçün nümunədir”.

Perlson yazır ki, Almaniya mətbuatı belə bəyanatdan çaş-baş qalıb. Elə sözü gedən məqalədə qəzet soruşur: “O sağlam düşüncəsini Londondamı qoyub gəlib?”

Almaniya mediası xatırladır ki, Azərbaycan Sərhədsiz Müxbirlər Təşkilatının 2017-ci il üçün Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 162-ci yeri tutub.

Perlson yazır ki, Human Rights Watch təşkilatı Azərbaycanın korrupsiya və qəddarlıq girdabına düşüdüyünü bildirib.

Təşkilat bəyan edib ki, “Azərbaycan hökuməti öz tənqidçilərinə və fərqli səslərə amansız hücum edir. Ölkədə müstəqil fəallıq, tənqidi jurnalistika və müxalif siyasi fəaliyyətin meydanı bir çox fəalrın, insan haqları müdafiəçilərinin və jurnalistlərin həbs və məhkum olunması ilə məhv edilib”.

Lakin rəsmi mövzusu “Günəş altında. Birgəyaşayış İncəsənəti” olan Azərbaycan pavilyonu barəsində danışarkən cənab Roth bir qayda olaraq avtoritarlığına görə ittiham edilən ölkəyə alternativ baxışını ifadə edib.

Roth-un bəyanatına görə Azərbaycan mürəkkəb cəmiyyətdə müxtəlif dillərin, dinlərin və mədəniyyətlərin birlik və harmoniya şəraitində yaşamasına imkan verilməsinin “mükəmməl nümunəsidir”.

Perlson xatırladır ki, Azərbaycanın Venesiya Byennalesindəki iştirakının təşkilatçısı və sponsoru Heydər Əliyev Fondudur. Bu fonda Azərbaycanın birinci ledisi və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva başçılıq edir.

Azərbaycan pavilyonuna isə cənab Roth-dan başqa, Heydər Əliyev Fondunun incəsənət müşaviri Emin Məmmədov kuratorluq edir.

Azərbaycan hökuməti beynəlxalq insan haqları təşkilatlarının hesabatlarını bir qayda olaraq qərəzli adlandırır.

57-ci Venesiya Byennalesi mayın 13-də açılacaq.

XS
SM
MD
LG