Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:30

'Bir sonrakı İqlim Konfransını keçirməzdən öncə Azərbaycanı məsuliyyətli olmağa çağırmaq gərəkdir'


Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?

Azərbaycan noyabr ayında keçiriləcək BMT İqlim Konfransına (COP29) ev sahibliyi edəcək. Corciya Texnologiya İnstitutunun Rusiya və Mərkəzi Asiya məsələləri üzrə təhsil alan magistratura tələbəsi Aleks Littlın ABŞ-nin gündəlik "The Hill" qəzetindəki rəy yazısında deyilir ki, repressiv neft dövlətlərinin bu tədbirə ev sahibliyi etməsi artıq trend halını alıb. COP27 Misirdə, COP28 isə Birləşmiş Ərəb Əmirliklərində keçirilmişdi. BMT iqlim dəyişikliklərinə yanaşmanın insan haqları ətrafında qurulmasını təbliğ edir. Ətraf mühitin qorunması ilə bağlı Azərbaycanın öhdəliklərinin sual altında olmasını düşünən, dövlət idarəçiliyinə repressiv yanaşmasını nəzərə alan fəallar və jurnalistlər də daxil, bir çoxları BMT-nin COP29-un Bakıda keçirilməsi seçiminə skeptik yanaşır.

Azərbaycanın neft sənayesi ilə bağlı tarixi XIX əsrdə başlanıb. Dünyanın ilk mexaniki üsulla qazılan neft quyusu Bakıda - Bibiheybətdədir. Sovet İttifaqı bölgədə neft sənayesinin inkişafını gücləndirib. 1951-ci ildə Azərbaycan SSR-də dünyanın ilk dəniz neft platforması – Neft Daşları tikilib. 1960-cı illərdə Azərbaycanın bir neçə yeni neft və qaz yatağı kəşf etməsi ilə ölkənin neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artıb.

Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

SOCAR reytinqdə ən aşağı yerlərdən birini tutur

1991-ci ildə müstəqillik qazanandan bəri qazı dünya bazarına çıxarmaq üçün Azərbaycan BP kimi xarici şirkətlərlə birgə çalışıb. Ukrayna savaşı başlanınca, Avropa Rusiyanın enerji mənbələrindən uzaqlaşmağa çalışan zaman Azərbaycan önə çıxaraq 2027-ci ilədək Avropaya qaz ixracını iki dəfə artıracağını vəd edib.

İndi neft və qaz Azərbaycanın toplam ixracatının 90 faizi, dövlət büdcəsininsə 60 faizi deməkdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neft və qaz Azərbaycanın toplam enerji təchizatının 98 faizindən çoxu anlamına gəlir. Üstəlik, ətraf mühitə təsirləri yönəltdiyindən danışsa da, SOCAR dünyanın 100 ən böyük neft və qaz şirkətinin iqlim siyasətlərinin Paris Sazişinin məqsədlərinə uyğunluğu barədə "World Benchmarking Alliance"ın reytinqində ən aşağı yerlərdən birini tutur.

Azərbaycanın bol yenilənə bilən enerji ehtiyatları və potensialı, o cümlədən çox gözəl günəş və külək resursları, böyük biokütlə, geotermal və hidroelektrik enerji potensialı var. Ancaq Bakı bu resurslardan yararlanmaqda elə də irəli getməyib və özünün 2016-cı il Paris İqlim Sazişində ratifikasiya edilmiş öhdəliklərinə əməl etməyib.

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Ölkə öz qarşısına 2030-ci ilədək CO2 emissiyalarının 35 faiz, 2050-ci ilədəksə 40 faiz azaldılmasına dair iddialı hədəflər qoysa da, onlara çatmaq yolunda çox irəliləməyib. Dünya Bankı Bakının bu istiqamətdə irəliləyişinin az olmasını özəl qeyri-neft sektorunun bir neçə məhdudiyyətlə əl-qolunun bağlanması ilə izah edir. Bu amillər arasında bacarıqlı işçi qüvvəsi və maliyyəyə çıxışın azlığı və bazar rəqabətinin boğulması da var.

Bakının insan haqları ilə bağlı göstəriciləri də ürəkaçan deyil. "Freedom House" təşkilatı "Dünyada azadlıq – 2024" hesabatında Azərbaycanı "qeyri-azad" ölkələr kateqoriyasına daxil edib. Hesabat müəllifləri Azərbaycana 100 mümkün xaldan cəmi 7 xal verərək onu Somali və Səudiyyə Ərəbistanından da aşağı sıraya yerləşdiriblər. Ölkədə siyasi hüquqlar, praktik olaraq, mövcud deyil. Müstəqil jurnalistlər təqib olunurlar.

Ötən bir il ərzində…

Azərbaycanda ətraf mühit və korrupsiya məsələlərini araşdıran jurnalistləri hökumət repressiyaya məruz qoyur. Ötən bir il ərzində Azərbaycan polisinin ekoloji məsələlərlə bağlı etirazları işıqlandıran bir neçə jurnalisti saxlaması, döyməsi, hədələməsi və onların işini əngəlləməsi barədə xəbərlər dərc olunub. Alim və siyasi fəal Qubad İbadoğlu neft-qaz sektoruna ayrıca diqqət yetirərək Azərbaycanın nəhəng yanacaq ehtiyatlarının ölkənin rifahına və demokratiyanın inkişafına yönəldilməməsini sorğulayıb. Bundan başqa, o, Azərbaycan qazının Rusiya qazına alternativ ola biləcəyini "gerçəklikdənkənar" baxış adlandırıb, Azərbaycanın yanlış məlumat verdiyini və son nəticədə Avropaya Rusiya qazını satacağını deyib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ötən il İbadoğlu "Avropanın enerji güvənliyi üçün Azərbaycanla yeni qaz razılaşması: gözləntilər və reallıq" adlı məqalə dərc etdirib. O bu məqalədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Azərbaycanı "etibarlı tərəfdaş" kimi xarakterizə etməsini sorğulayıb. İbadoğlu yazıb ki, Azərbaycan "Transparency International" təşkilatının korrupsiya indeksi siyahısında son dərəcə aşağı, hətta Rusiyadan da aşağı sırada olduğundan əslində etibarsız biznes partnyorudur.

İbadoğlu ötən il sifarişlə və zorakılıqla həbs edilib. Onunla birlikdə saxlanan xanımı sonradan azad edilib. Digər azərbaycanlı siyasi məhbuslar kimi, Qubad İbadoğlu da həbsxanada qeyri-insani rəftara məruz qoyulub. "Təcridxanada şərait dəhşətlidir", - o, ailəsinə belə yazıb. Azərbaycan hökuməti sağlamlıq durumu ağır olan İbadoğluya zəruri tibb xidməti göstərməkdən imtina etdiyi üçün onun səhhəti sürətlə ağırlaşıb.

Məqalə dərc edilən günədək…

ABŞ Konqresi və Avropa Parlamenti İbadoğlunun məruz qoyulduğu davranışı tənqid edərək onun azadlığa buraxılmasını istəsə də, məqalə dərc edilən günədək onun azad ediləcəyi ilə bağlı heç bir işarə yox idi (O, bugünlərdə ev dustaqlığına buraxılıb – red.). "Beynəlxalq ictimaiyyət COP29-dan öncə İbadoğlu və digər fəalları azad etməsi üçün Azərbaycana təzyiq etməlidir", - müəllif yazır və qeyd edir ki, ölkə özünün dünyadakı reputasiyasını təmizləmək istəyirsə, onları azadlığa buraxmalıdır.

""Kürü diplomatiyası"na qatılmaqdan imtina Azərbaycanın repressiv hərəkətlərinə obyektiv baxışı qorumaq və onun hökumətini məsuliyyətə cəlb etmək üçün lazım olacaq", - Aleks Littl yazır.

O, məqaləsini "Azad düşünənlərin səslərini batırmağa davam edən rejim üçün COP29-un prestij yaratmaq fürsəti olmasına imkan verilməməlidir" cümləsi ilə bitirir.

XS
SM
MD
LG