Xədicə İsmayıl buraxılacaqmı?
Ali Məhkəmənin sədri Ramiz Rzayev həbsdə olan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın Ali Məhkəmədə azadlığa buraxılması ehtimalı ilə bağlı xəbərləri şərh edib. "Bu işlə bağlı ya müraciət olunmalıdır, ya da Baş prokurorluq protest verməlidir. Bu müraciətlər olmasa, biz hər hansı işə baxa bilmərik”
“Cümlədə xəbər mübtəda ilə uzlaşmır”
“Dərsliklərdə dil norma və üslub səhvləri var”. Elmlər Akademiyası Dilçilik İnstitutunun monitorinq şöbəsi dərsliklərin dilinin monitorinqinə başlayıb. Aprelin 1-də şöbə 8-ci sinfin “Azərbaycan dili” və “İnformatika”, 7-ci sinfin “Tarix” dərsliyinin dili ilə bağlı apardığı araşdırmanın nəticələrini təqdim edib. Ətraflı axşam saat 8-də AzadlıqLive-da
Jurnalist Rasim Əliyevi döyüb-öldürənlərə ağır cəza
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərə hökm oxundu. Onlar 9 ildən 13 ilə kimi həbs cəzası aldı.
Təqsirləndirilən şəxslərin valideynləri və vəkilləri hökmü ədalətsiz sayır.
Bu gün 40 yaşı olan Apple-i cəmi 2 nəfər yaradıb: o vaxt 26 yaşı olan dahi proqramçı Wozniak və 21 yaşlı dahi iş adamı Jobs