Alimentə görə tutulanlar artıb
Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı artıb.
“Trend” informasiya agentliyi bu xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə isnadən yayıb. Komitə bildirir ki, ötən il boşanmış ailələrdə alimentlərlə bağlı (alimentin ödənilməsi və ödənilməməsi üzrə işlər birlikdə) işlərin sayı 60 min 565-ə çatıb.
Banklara dollar lazım deyil
Martın 28-i Mərkəzi Bankının növbəti valyuta hərracı keçirilib.
Neft Fondunun (NF) hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxartdığı bildirilir. Fondun yaydığı məlumata görə, həmin vəsaitdən cəmi 0,5 milyon ABŞ dolları 3 banka satılıb.
İntiqam Əliyev azad olundu
Ali Məhkəmənin qərarı ilə İntiqam Əliyev 5 il müddətinə şərti cəza ilə azadlığa buraxılıb.
Rusiya turistləri Azərbaycana maraq göstərir
Türkiyəyə səyahət edə bilməyən rus turistlər alternativ olaraq Gürcüstan, Ermənistan və Azərbaycanı seçirlər.
“Kommersant” qəzeti yazır ki, son vaxtlar Rusiyadan bu 3 ölkəyə gedən ölkə vətəndaşlarının sayında 50 faiz artım var. “NTK Интурист” tur şirkətinin satış üzrə direktorunun sözlərinə görə, Azərbaycan və Ermənistana tələb üç dəfə artıb.