Bu günki AzadlıqLive-da:
Bakıda yavaş-yavaş uçan bina. Keçən il balkon, dünən mətbəx.
Bakıda daşınmaz əmlak bazarı. Mənzillərin manatla qiyməti düşmür
100 məzun yazıb-oxumağı bilmir
Trump-ın seçki qərargahının rəhbəri saxlanıb
ABŞ-da respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın seçki qərargahının rəhbəri saxlanıb. O, təhqiredici hərəkətə yol verməkdə ittiham olunur.
“Breitbart” dərgisinin reportyoru Michele Fields Corey Lewandowski-ni onun qolunu burmaqda ittiham edir. Jurnalist mətbuat konfransını bitirən Trump-a sual vermək istəyirmiş.
Əkrəm Əylislini ölkədən çıxmağa qoymadılar
Yazıçı Əkrəm Əylisli martın 30-u səhər Bakı aeroportunda saxlanılıb.
Onun Venetsiyada keçirilən kitab festivalına getmək istədiyi bildirilir. Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ikirəqəmli inflyasiya gözləyir:
"2016-cı ildə ixracın azalması, 2017-ci ildə isə neft qiymətlərinin artması fonunda ixrac gəlirlərinin artması gözlənilir. 2016-cı ildə inflyasiyanın 12 faizə yüksələcəyi proqnozu məzənnənin ucuzlaşmasının idxala olan təsirini əks etdirir. 2017-ci ildə inflyasiyanın 5,2 faizədək azalacağı ehtimal olunur. Buna baxmayaraq, manatın məzənnəsi daha da zəifləyərsə, inflyasiya yüksək ola bilər."