Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:35

Deputat: 'Mənim bu xalqa yazığım gəlir...'


Deputat Yevda Abramov, 25 fevral 2010
Deputat Yevda Abramov, 25 fevral 2010

Belə pis vaxta öz vəsaitindən bir az xalq üçün xərcləyəndə nə olar?!

"Mənim bu xalqa yazığım gəlir. Mən ay yarımdır rayonda qazla, işıqla məşğul oluram, qaynaqçı ilə bir yerdə işləyirəm. Nələrdən danışım, problemlər çoxdur... Ordan-burdan, iş adamlarından boru alıram. Köhnəlmiş, sovet dövründə çəkilmiş boruları dəyişirəm. İş adamlarını bu işlərə cəlb eləyirəm. Cənab prezident yüzlərlə qonaq göndərir, Allah canını sağ eləsin. Bütün xarici qonaqlar Qubaya gəlir. Soyqırım Muzeyinin də işığı yanmır..."

Bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində Qubadan olan millət vəkili Yevda Abramov deyib.

Buna da bax: Efirə getməyən görüntülər - 2017-ci il asan olmayacaq

Deputat qəzetin "parlamentdəki çıxışınızda qoyun sürülərindən danışdınız, amma sahibləri olan məmurların adını çəkmədiniz" sualına belə cavab verib:

"Mən kiminsə qoyun saxlamasının paxılı deyiləm.Allaha and olsun! O sürülər lap min, milyon olsun. Mən onu istəyirəm ki, heç olmasa o ərazilərdən keçib qışlağa gedirlər, o bələdiyyələrə bir az kömək etsinlər. Keçən il də Qonaqkənd məsələsini hökumətin hesabatında qaldıranda həyəcan təbili çaldım. Heç olmasa həmin çıxışımdan sonra Qonaqkəndə getməliydilər, məsələlərə müdaxilə etməliydilər. Mən kiminsə qoyun saxlamasına paxıllıq edirəmmi? Ay tövbə! Mən çox ali bir seyid ailəsindənəm, bir Allah adamıyam. Mən deyirəm ki, insan varından, dövlətindən bir az da xalqına kömək etsin. Cənab prezident bu qədər iş görür, bu qədər islahatlar həyata keçirir, nə olar onun yanında olanda?! Nə olar onunla bu məsələlərdə həmrəy olanda?! Belə pis vaxtda öz vəsaitindən bir az xalq üçün xərcləyəndə nə olar?!"

Rövşən Ağayev, mart 2014
Rövşən Ağayev, mart 2014


Azərbaycan dərin borc quyusuna düşüb

Azadlıq.info saytı bunu iqtisadçı ekspert Rövşən Ağayevə istinadən yazır.

"Mərkəzi Bankın xarici valyuta öhdəliklərinə bağlı investisiya layihələri və xarici borcların qaytarılması üçün valyuta bazarından kənarda vəsait axtarmasının səbəbi odur ki, qarşıdakı iki ildə hökumətin özünün və dövlət sektoruna aid şirkətlərin kifayət qədər böyük həcmdə valyutaya ehtiyac var".

Azadlıq.info saytı bunu iqtisadçı ekspert Rövşən Ağayevə istinadən yazır.

İqtisadçı bildirir ki, 2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85%-i xarici borc ödənişləri ilə bağlı idi. Amma 2017-ci ildə büdcənin borca xidmət xərclərindən 96%-i xarici borcların qaytarılması ilə bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 milyard dollar ayrılmalıdır. Bu, ölkənin səhiyyə büdcəsindən 2.1 dəfə çoxdur.

Ekspertin fikrincə, dünyada öz büdcəsinin təxminən 10%-ni borcun qaytarılmasına xərcləyən ölkələr azdır.

Rövşən Ağayev iri xarici korporativ borc kimi SOCAR-ın 2017-ci ildə 600 milyon dollara yaxın öhdəliyini göstərir:

"Bankların və qeyri-maliyyə şirkətlərinin dövlət zəmanəti ilə alınmayan, amma 2017-ci ildə qaytarılmalı olan borcları var".

Müstəqilliyi möhkəmləndirən mütərəqqi inkişaf stretegiyası

“Azərbaycan” qəzeti yazır ki, qlobal siyasi, iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır.

Ilham Əliyev, 16 noyabr 2016
Ilham Əliyev, 16 noyabr 2016

“Dövlət başçısı cənab İlham Əliyevin hələ 2016-cı ilin əvvəlində açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir.Dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır”.


Qəzet yazır ki, neftin qiymətinin 3 dəfəyədək aşağı düşməsi və neft-qaz ölkələrinin süni böhranla üz-üzə qoyulması fonunda Azərbaycan çevik müqavimət əzmi göstərir.

“Bu gün nəinki Azərbaycan, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı kimi böyük ölkələr də böhranın mənfi təsirlərinə məruz qalırlar.Lakin əsas məsələ budur ki, ölkəmizin rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolları üzərində ciddi şəkildə düşünür və səmərəli addımlar atır”.


XS
SM
MD
LG