Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:33
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

11:28 19.10.2015

Eldar Mahmudov niyə getdi?

Azərbaycanın Milli Təhlükəsizlik nazirinin qəflətənişdən kənarlaşdırılmasına hələlik rəsmi bir səbəb göstərilməyib. Bu strateji posta kimin təyin olunacağı, keçmiş nazir Eldar Mahmudovun özünün gələcək taleyi ilə bağlı da rəsmi qaynaqlardan indilik bir söz deyilmir. Ekspertlər nə deyir?

12:44 19.10.2015

MTN əməkdaşları saxlanıb?

virtualaz.org saytı hüquq-mühafizə orqanlarına yaxın mənbələrinə istinadən yazır ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları saxlanılıblar.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır. Media icmalı

12:56 19.10.2015

Eldar Mahmudovun getməyinə Arif Məmmədovun izahı

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi haqqında açıqlama yayıb.

musavat.com yazır ki, sabiq səfir Məmmədov özünün Facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda, ondakı məlumatları bölüşüb.

- Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş; lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb.

- Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və təşkilati münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi.

Sabiq səfir iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər;

- Nazir, əlindəki rıçaqları istifadə edərək, hakimiyyətdaxilində ən effektli klan qurub və ona başçılıq edib. Bu klana çox məşhur nazirlər daxil imiş. Mahmudov bu klan vasitəsi ilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, Administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş.

13:03 19.10.2015

Eldar Mahmudovun işdən çıxarılmağının daha bir versiyası

“Qafqazinfo” "eksklüziv olaraq Eldar Mahmudovun və onun komandasının postundan gözlənilmədən götürülməsinin sensasion səbəblərini öyrənə bilib".

Məlum olub ki, Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan Eldar Mahmudov və bir qrup MTN-in yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi cinayətlər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən cinayətlərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın prezidenti şəxsən müdaxilə etməli olub. Hətta Eldar Mahmudov ölkə başçısı İlham Əliyevə yalan danışmaqdan belə çəkinməyib.Prezidentin xüsusi tapşırıqlarından sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.

Davamı

XS
SM
MD
LG