İxrac azalır
Bu ilin 9 ayı ərzində xarici ticarət əməliyyatları ABŞ dolları hesabı ilə keçən ilin müvafiq dövrünə nisbətən 35.72% azalıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İdxal əməliyyatları 0.87% artıb, ixrac əməliyyatları isə 49.97% azalıb.İxracda əsas mallarda azalmalar belə olub:
Xam neft – 54.01%
Neft məhsulları – 44.24%
Təbii qaz – 23.18%
Meyvə-tərəvəz – 3.46%
Çay – 44.3%
Plastmas və onlardan hazırlanan məmulatlar – 28.27%
Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 41.44%
ÜST: Azərbaycanda yol qəzalarının 31 faizi spirtli içkidən olur
Ümumdünya Səhiyyə Təşkilatı 180 ölkədə Yolların Təhlükəsizliyi Hesabatını yayıb. Hesabata görə, dünyada bir ildə yol qəzalarında 1 milyon 250 min adam ölür. Azərbaycan haqda deyilir ki, 2012-ci ildə Azərbaycanda yol qəzalarında 1168 adam ölüb. Təşkilat ehtimal edir ki, Azərbaycanda keçən bir ildə yolda ölənlər 943 nəfər olub. Azərbaycanda 2012-ci ildə 1 135 936 maşın qeyddiyyatda olub. Bunlardan minik maşınlarının sayı 958 min olub.
O da deyilir ki, Azərbaycanda yol qəzalarının 31 faizinin səbəbi spirtli içkilərdir. Yol qəzaları iştirakçılarının 2,5 faizi əlil olur.
İlham Əliyev yoxlamaları 2 illiyə dayandırır
Azərbaycan prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Eldar Mahmudov niyə belə qəflətən çıxarıldı?
Milli Təhlükəsizlik naziri Eldar Mahmudov niyə belə qəflətən işdən çıxarıldı? Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə, bunun Astana sammitindən dərhal sonra olması Rusiya amilinin olduğunu göstərir.
Mediada səslənən versiyalar barədə Mehman Əliyev nə düşünür? Sahibkarların soyulması və ya ən nüfuzlu şəxslərin telefon danışqlarına qulaq asılması versiyaları?
Və yaxud Beynəlxalq Bankdan götürülüb, qaytarılmayan kreditlər?
Mehman Əliyevin bu suallara cavabları