MTN-nin 7 əməkdaşı həbs olunub, amma adlar çəkilmir
Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinə qarşı səlahiyyətlərindən sui-istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb, istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna hələlik bu məlumatları kifayətlənməyi məsləhət görür:
“Hələlik, yaydığımız bu məlumatlarla kifayətlənin, sonradan əlavə məlumatlar yayılacaq. Həbs olunan 7 nəfər MTN-nin vəzifəli şəxsləridir”.
Vəkil: İlqar Məmmədovu həbsdə döyüblər
"ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədov oktyabrın 16-da 2 saylı cəzaçəkmə müəssisəsində amansızca döyülüb."
Bunu İlqar Məmmədovun vəkili Cavad Cavadov deyir.
"Kompüter arxasında şirə dönənlər"
Almaniyada yaşayan Tural Sadıqlı Azərbaycanda ailəsinə edilən təzyiqlərin onun siyasi mübarizəsinə təsir etmədiyini deyir. O daha sonra deyir: "Bəziləri siyasi dona girib siyasi sığınacaq alıb, amma yaralı barmağa məlhəm olmaqdan boyun qaçırır. Bəziləri siyasi mühacirət alveri üçün siyasətdədir, bəziləri işini sadəcə kompüter arxasında şirə dönməkdə, facebookda status yazmaqla bitmiş sayır, özünə başqa əziyyət vermir. Bu qisim mühacirlərin çoxu da işsiz adamlardır. İşləri olsa, heç facebookda status da yazmazlar. Sonuncu qism mühacirlər də var ki, fəaliyyətləri yalnız, “Sarı gəlin” davası aparmaqdan, “şəkərbura-paxlava cəmiyyətləri” və Xocalı və 20 yanvar faciələrini yas mərasimləri müstəvisindən o tərəfə çıxarda bilməyən diaspora təşkilatları olmaqdan ibarətdir."