MERKEL-İN AXIRINA 800 MİN QAÇQIN ÇIXA BİLƏR
«Foreign Policy» dərgisində isə Paul Hockenos Almaniya kansleri Angela Merkel-in siyasi karyerasına təhlükədən bəhs edir. Müəllifin fikrincə, 10 illik kansler fəaliyyətində Merkel heç vaxt indiki kimi hücumlara məruz qalmayıb.
Belə ki, özünün Xristian Demokratik İttifaqında (CDU) qiyam gözlənilir; bu yaxınlaradək kanslerə pərəstiş edən seçicilər, rəy sorğularına əsasən, ondan uzaqlaşır; Avropada fəallaşmış ifrat sağçılar elə Almaniyanın küçələrinə də çıxır. Təkcə bu il Almaniyaya 800 min qaçqının sığınacaq üçün müraciət edəcəyi gözlənilir ki, Merkel-in siyasi gələcəyi məhz bu problemi necə həll edəcəyindən asılıdır.
Natiq Cəfərli: Kommersantlar fərmandan yararlana bilməyəcək
Iqtisadçı ekpsert Natiq Cəfərli gömrük qaydalarının sadələşdirilməsi barədə prezident fərmanının gerçəkləşməsi ilə bağlı ciddi sualların olduğunu vurğulayıb: “Nazirlər Kabinetinə üç ay müddətində bu fərmandan irəli gələn tapşırıqların yerinə yetirilməsi, bəzi qanunvericilik aktlarına, fəaliyyət göstərilməli olan daxili qaydalarla bağlı təkliflər hazırlayaraq ölkə prezidentinə təqdim etməlidir. Fərmandan da göründüyü kimi, söhbət kommersiya məqsədi olmayan fəaliyyətdən gedir. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bu fərmandan yararlana bilməyəcəklər. Bu bizneslə məşğul olan şəxslərin işini yüngülləşdirmir. Gətirilən malların kommersiya məqsədi daşımadığı təsdiq olunmalıdır. Bu özü də sual doğurur. İnsan gömrükdə necə sübut etməlidir ki, gətirdiyi mal öz istifadəsi üçün nəzərdə tutulub? Bunun özü də gömrükdə bir xaos yaradacaq. Gömrükdə çalışanların bunu təsdiq etməsi müəyyən dərəcədə korrupsiyaya da yol aça bilər. Daha dəqiq formullardan istifadə edərək Nazirlər Kabineti təkliflər hazırlamalıdır ki, belə neqativ halların qarşısını alsın”.
Ekspert qeyd edib ki, əvvəllər şəxsi istifadə üçün malların gətirilməsinin dəyəri 1500 dollar həcmində nəzərdə tutulurdusa, indi bu 10000 dollar həcminə qaldırılıb: “Əlbəttə ki, bu pozitiv bir addımdır. Sadəcə sual yaranır ki, bir şəxs il ərzində neçə dəfə bu hüquqdan istifadə edə bilər? Mən fiziki şəxs olaraq ay ərzində 4-5 dəfə bu hüquqdan istifadə edə biləcəyəmmi? Yəni bu məsələ ətrafında həddindən artıq suallar yaranıb.
Moldovada etiraz aksiyaları keçirilir
Moldovanın paytaxtı Kişinau da etiraz aksiyaları keçirilir. Aksiyalardan biri Apellyasiya məhkəməsinin qarşısında keçirilir.Buna səbəb Apelyasiya məhkəməsinin hazırda həbsdə olan keçmiş baş nazir Vlad Filatı azad edə bilməsi barədə məlumatlar olub.
Keşmiş baş nazir və Avropa yönlü hakim koalisiyanın lideri Vlad Filat ötən həftə həbs edilib və öllkənin Milli Antikorrupsiya Mərkəzinə aparılıb.
O ümumilikdə 250 milyon dollar rüşvət almaqda ittiham olunur.
İranda Aşura
Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, bu il Aşura günü oktyabrın 24-dədir. Dünyada şiələrin ən çox yaşadığı İranda Aşura belə qeyd edilir.(Fotolar)