Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:30

Bahar Muradova: "Meyitin təhqirinə görə cəza sərtləşməlidi"


Aprel döyüşləri zamanı həlak olmuş Azərbaycan əsgəri
Aprel döyüşləri zamanı həlak olmuş Azərbaycan əsgəri

►“Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddə əlavə edilməlidir ”.

Parlamentin vitse-spikeri Bahar Muradovanın belə təkliflə çıxış etdiyi bildirilir.

APA-nın xəbərinə görə, B. Muradova bildirib ki, apreldə baş verən döyüşlərdən sonra Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərə yol verildiyi üzə çıxıb:

“Bu, bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə, məsuliyyəti nəzərdə tutan maddələr məcəlləyə əlavə edilməlidir”

B.Muradova Cinayət Məcəlləsində başqa boşluqların olduğunu da qeyd edib:

“Son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi. Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə, Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram”.

Qeyd edək ki, erməni tərəfi də Azərbaycanı meyitləri təhqir etməkdə suçlayır. Ölən əsgərlərdən birinin başının kəsildiyi, onun qohumlarının Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırdığı deyilir. Azərbaycan Müdafiə Nazirliyi isə buna "Bizim ordumuz ölülərlə döyüşmür" deyə cavab verib.

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Aprelin 5-i atəşkəs razılaşmasından sonra tərəflər döyüş meydanında qalan meyitlərin dəyişdirilməsi ilə bağlı bir neçə dəfə qoşunların təmas xəttində görüşüblər. ATƏT nümayəndəliyi və Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən görüşlərdə meyitlərin təhvil verildiyi bildirilib. Ancaq tərəflərin bir-birinə neçə meyit qaytardığı açıqlanmayıb, Üstəlik, tərəflər bir-birlərini meyitləri təhqir etməkdə ittiham ediblər.

XS
SM
MD
LG