Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 07:11

Sabiq rəisin məhkəməsi başlanır


Rəşad Məmmədov, 2013
Rəşad Məmmədov, 2013

►"MTN qalmaqalı"ndan sonra azadlığa çıxacaqmı?

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla tutulan daha iki nəfərin məhkəməsi başlayır.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb, iş məhkəməyə göndərilib.

Bu barədə Turan-a R.Məmmədovun vəkillərindən İradə Cavadova bildirib.

Vəkilin deməsinə görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun icraatında baxılacaq. Hazırlıq iclası mayın 27-nə təyin olunub.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə ötən il mayın 4-də vəzifəsindən azad olunub. O, həm də “Azİmport” şirkətinin sahibi idi.

Rəşad Məmmədov vəzifəsindən azad edildikdən az sonra - mayın 14-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb. Həbsdə olduğu ilk dövrdə sabiq rəisi ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlayıblar.

Rəşad Məmmədovla birgə daha iki şəxs həbs olunub. Onlarkülli miqdarda ziyan vurmaqla dələduzluqda (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham olunurlar.

____________________________________________________________

Bunlara da bax:
Fərəc Kərimlinin cəzası azaldıldı
Mobil proqram riyaziyyat misallarını həll edir

____________________________________________________________

R.Məmmədovun vəkilləri ona qarşı ittihamların saxta olduğunu açıqlayıblar. Vəkillərin bildirdiyinə görə, sabiq rəis iş adamı Zabil Salmanovun ifadəsi əsasında həbs olunub. Ancaq Z.Salmanov həmin ifadəni Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək vəzifəli şəxslərinin ona zor tətbiq etməklə yazdırdığını bəyan edib və iddiasının geri götürülməsi barədə rəsmi ərizə ilə müraciət edib.

Hüquq müdafiəçilərinin bir araya gəldiyi Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu da bir müddət əvvəl baş prokurora müraciət edərək R.Məmmədov barəsində seçilən həbs tədbirinin dəyişdirilməsini xahiş etmişdilər.

Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov ötən ilin oktyabrında işdən çıxarılıb. Daha sonra nazirlik ləğv edilib. Onun bazası əsasında iki qurum - Dövlət Təhlükəsizlik Xidməti və Xaricidə Kəşfiyyat Xidməti yaradılıb.

Buna da bax: İnsanların üzünə bayramdan-bayrama açılan Bayraq Meydanı

İnsanların üzünə bayramdan-bayrama açılan Bayraq Meydanı
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

XS
SM
MD
LG