Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

Belarusda AzadlıqRadiosu müxbirinin həyat yoldaşına 2 il iş kəsildi


Darya Losik
Darya Losik

Belarusda məhkəmə Minskin ekstremist təşkilat hesab etdiyi Belsat telekanalına müsahibə verdiyinə görə Darya Losiki iki il müddətinə azadlıqdan məhrum edib.’

Losik təqsirini boynuna alıb və məhkəmədən ona həbsxana cəzası verilməməsini xahiş edib.

***

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, Belarusun qərbindəki Brest şəhərinin prokurorları AzadlıqRadiosunun hazırda həbsxanada olan jurnalisti İhar Losikin həyat yoldaşı Darya Losikin ekstremist fəaliyyətə görə iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.

Prokurorlar məhkəməyə bu barədə bu iş üzrə dinləmənin ilk günündə, yanvarın 18-də müraciət ediblər.

Məhkəmənin sürətlə keçiriləcəyi və artıq yanvarın 19-da hökm veriləcəyi gözlənilir.

Baş Prokurorluq bildirir ki, Darya Losikə qarşı ittiham onun Polşada mənzillənmiş Belsat telekanalına müsahibəsinə görə irəli sürülüb.

Prokurorluğun verdiyi məlumata görə Darya Losik Belarusda qadağan olunmuş bu telekanala müsahibəsində özünü siyasi məhbusun həyat yoldaşı kimi təqdim edib:

"O cinayət təqibi və ədliyyə ilə məşğul olan orqanlar barədə neqativ fikirlər səsləndirib. O habelə ərinin heç bir cinayət törətmədiyini və qanunsuz məhkum olunduğunu deyib. O başqa məhbusların qohumlarını ondan nümunə götürməyə çağırıb”.

Siyasi motivli hökmlər

Darya Losik oktyabr ayında mənzilində axtarış aparıldıqdan sonra həbs olunub. Darya və İhar Losikin 4 yaşlı qızları Paulina hazırda Daryanın valideynləri ilə qalır.

Birləşmiş Ştatlar Belarus hakimiyyətindən Darya Losikin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edib.

AzadlıqRadiosunun prezidenti Ceymi Flay (Jamie Fly) da Darya Losikin həbsini pisləyib və onun azad edilməsinə çağırıb.

İhar Losik ötən ilin dekabrında bəlli olmayan ittihamlarla 15 il müddətinə azadlıqdan məhrum edilib.

O vaxt Belarus müxalifətinin mühacirətdə olan lideri Svyatlana Tsixanovskayanın əri Syarhey Tsixanovski ilə yanaşı habelə daha dörd bloger, müxalifət siyasətçiləri və fəalları uzunmüddətli həbsxana cəzalarına məhkum edilmişdlər.

Losik və başqa müttəhimlər onlara qarşı ittihamların “siyasi motivli” olduğunu deyirlər.

XS
SM
MD
LG