Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

Belarus qonşu ölkələrin 'tibb cənnəti'nə çevrilir


Belarus, diş klinikası
Belarus, diş klinikası

Avtoritar ölkə kimi tanınan keçmiş sovet respublikası Belarus getdikcə rusiyalılar, ukraynalılar, qazaxıstanlılar və digər keçmiş SSRİ ölkələrinin zəngin sakinləri üçün kiçik də olsa, “tibb cənnəti”nə çevrilir.

Tibbi-turist operatoru “MedTravelBelorus”un direktoru Uladzislau Androsau-nun açıqladığı rəqəmlərə görə, 2016-cı ildə 50 mindən çox “tibbi turist” Belarusa gəlib.

Androsau-nun şirkəti Belarusda “tibbi turizm”lə məşğul olan və sayı getdikcə artan agentliklərdən biridir. Bu agentliklər, razılaşma əsasında, əməliyyat və ya müalicə olunmaq istəyən xarici müştəriləri ölkə xəstəxanalarına, səhiyyə müəssisələrinə, klinikalara yönləndirir.

Buna da bax: 'Dərman istehsalında Rusiya və İran düzgün seçim deyil' [video]

“Diş, kosmetik əməliyyatlara daha çox tələbat var”

“Diş və kosmetik əməliyyat daha çox populyardır, çünki onların heç də hamısının Avropada tibbi sığortası yoxdur”, – Uladzislau Androsau deyir. “Məsələn, diş implantasiyası, döş implantasiyası... bu kimi əməliyyatların 70 faizi gəlmə müştərilərimizin istəyi əsasında aparılır”, – o əlavə edir.

Androsau deyir ki, “tibbi turist” adlandırılanlar arasında üzdə aparılan “yaş əməliyyatı” və liposaksiya (artıq piylərin bədəndən çıxarılması) da populyardır.

İmplant dişlər
İmplant dişlər

Onun sözlərinə görə, Minskdən kənarda yerləşən, N.N.Aleksandrov adına Milli Xərçəng Mərkəzində xərçəng xəstəliklərinin müalicəsi ilə yanaşı, omba və diz əməliyyatlarına da tələbat var.

Belarusda bir çox tibbi turizmlə məşğul olan agentliyin marketinq kampaniyasının hədəfi daha çox müştərinin müraciət etdiyi Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdir (Litva, Latviya, Estoniya).

Belarus Dövlət Universitetində və Latviyada turizm üzrə oxuduqdan sonra 2010-cu ildə öz şirkətini quran Androsau deyir ki, onun agentliyi Qərbi Avropada yaşayan rusdilliləri də əhatələyir.

“Biz Baltikyanı ölkələr üçün, xüsusilə, burdakı kimi, orda da iki dəfə baha olan diş implantasiyası bazarı yaradırıq. Eyni zamanda, Latviyada, məsələn, diş implantasiyası Skandinaviyadan və ya Britaniyadan iki-üç dəfə ucuzdur”, – Androsau deyir.

Buna da bax: Azərbaycanda yeni dərman zavodu tikilir

Onun sözlərinə görə, keçmiş sovet məkanından kənarda yaşayanlar Belarus barədə çox da bilgili deyillər.

Belarusda 3 min 100, Britaniyada 7 min dollara

Əməliyyatların qiymətləri fərqlidir. Məsələn, döşlərin böyüdülməsi proseduru Belarusda 3 min 100, Litvada 5 min, Britaniyada təxminən 7 min dollardır. Belarusda piyin götürülməsi kimi tanınan “qarın yığılması” prosedurunun qiyməti 2 min 100, Litvada 3 min 800, Britaniyada təxminən 8 min 880 dollardır.

Dollar
Dollar

Diş implantasiyanın qiymətləri də kəskin fərqlənir. Belarusda yeni dişin qiyməti 550 dollardısa, ABŞ-da bu rəqəm 2 min 500 dollardır. Belarusa gələn bəzi turistlər dörd, ya beş yeni diş qoydururlar.

Belarusda ərzağın və digər yaşayış xərclərinin aşağı olması, Avropanın “göbəyində yerləşməsi”, Baltikyanı paytaxtlara, Moskva və Sankt-Peterburqa yaxınlığı ölkənin tibbi xidmətlər üçün cəlbediciliyini artırır.

Buna da bax: Yeni diaqnostika mərkəzləri və İrana müalicəyə gedənlər

“Biz rusca danışırıq”

Androsau-nun sözlərinə görə, əvvəllər rusiyalılar bahalı qiymətdən qaçmırdılar. Ancaq Rusiyada yaşanan iqtisadi çətinliklər onlar üçün bu prosedurların dəyərini aşağı salmaq zərurətini yaradıb. Hələ də rusiyalı pasiyentlər onlara müraciət edir, Androsau deyir:

“Biz onlardan soruşuruq ki, qiymətlər arasında elə də böyük fərq yoxdur, niyə Belarusa gəlirsiz. Deyirlər ki, oyy, burda hər kəs rusca danışır, burda keyfiyyət yaxşıdır. Dostumuz, qohumumuz Belarusda müalicə alıb və hər şeyi bəyəniblər. Onda bizdə keyfiyyətin necə artmasında danışırıq”.

Androsau əlavə edir ki, Qazaxıstan vətəndaşları öz səhiyyələrinə, dərmanlarına etibar etmədiklərindən Belarusa gəlirlər.

Onun sözlərinə görə, rusdilli israillilər də son illərdə müalicəyə Belarusa üz tutan turistlərdəndirlər.

Belarusun səhiyyə sistemi dünya ölkələrinin reytinq cədvəlində ilk 70 – 75-ci yerlərdədir.

Belarus səhiyyə nazirinin müavini Vyachaslau Shyla AzadlıqRadiosuna bildirib ki, ölkədə yüksək tibbi xidmət var və bütün ölkə vətəndaşları tibbi xidmət əldə edə bilirlər.

İnternet xəritə
İnternet xəritə

Yerli sakinlər isə şikayətçidir

Ancaq yerli sakinlər klinikalarda uzun növbələrdən, tibb işçilərinin peşəkarlığından narazıdırlar. Adının çəkilməsini istəməyən bir həkim AzadlqıRadiosuna bildirib ki, kim ki nağd pul ödəyir, o, növbəsiz və daha keyfiyyətli tibbi xidmət alır:

“Pulunu nağd ödəyənlərə yaşıl işıqdır. Prosesin sürətlənməyini istəyirsənsə, daha çox ödə”, – o deyib.

Belarusda həkimlərin orta aylıq əmək haqqı 500 dollardır. Onların əsas gəliri tibbi turizmdəndir.

2016-cı ildə dünyada başqa ölkələrə tibbi xidmət üçün gedən pasiyentlərin sayı 14 milyon olub. Ötən il dünya tibb turizminin dövriyyəsi 45-70 milyard dollar təşkil edib.

Belarus hakimiyyəti tibbi turizmin ölkə iqtisadiyyatına gətirdiyi mənfəətin fərqindədir. Ona görə də bu ayın əvvəlində 80-ə yaxın ölkəyə viza tələbi aradan qaldırılıb.

XS
SM
MD
LG