Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.
APA-nın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqələrində «AI-95 Premium» və «AI-98 Super» markalı benzinin yeni qiymətləri tablolara vurulub.
«AI-95 Premium» markalı benzinin yeni qiyməti 1.15 AZN, «AI-98 Super»markalı benzinin isə 1.20 AZN müəyyənləşib.
Bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.
Xəbərdə bildirilir ki, qiymət artımı Azərbaycanda istehsal olunan «AI-92» markalı benzin və «L-62» markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiymətini Tarif Şurası tənzimləyir.
XATIRLATMA
Ölkəyə idxal olunan benzinin qiyməti bu il yanvarın 13-də də artırılmışdı. O zaman «AI-95 Premium» markalı benzin 95 qəpikdən 1.05, «AI-98 Super» isə 1 manatdan 1.10 manata qalxmışdı.