Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:40

Bəxtiyar Hacıyevə yeni ittihamlar verilib


Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə yeni ittihamlar irəli sürülüb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, yeni ittihamlar, əsasən, maliyyə məsələləri ilə bağlıdır. İctimai fəala iyunun 16-da Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə) və başqa maddələri ilə yeni ittihamlar elan olunub.

Məlumatı ictimai fəalın vəkili Aqil Layıc da AzadllqRadiosuna təsdiqləyib. Vəkil bildirib ki, B.Hacıyev ittihamları qəbul etmir: "Bəxtiyar Hacıyev özünü qətiyyən təqsirli bilmir. Bu ittihamlarla da razılaşmır".

İyunun 6-da B.Hacıyevin Bakıda yaşadığı mənzildə, Gəncədə atasının, qardaşının, dostunun evində axtarış aparılmışdı. O zaman vəkil Elçin Sadıqov bildirmişdi ki, axtarışların səbəbi barədə heç bir məlumat verilməyib, məhkəmə qərarında da bu əsaslandırılmayıb. Lakin vəkil ehtimal edirdi ki, Hacıyevə qarşı yeni ittihamlar irəli sürülə bilər.

Bu vaxta qədər olan ittiham

Ötən il dekabrın 9-da həbs edilən B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Həbsinə etiraz olaraq onun iki dəfə (ikincidə təqribən 50 gün) aclıq aksiyası da keçirdiyi bildirilmişdi. Ona ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş vermişdi.

Harvard Universitetinin məzunu olan B.Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG