Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:46

İngiltərədə atışmada altı nəfər həlak olub


Arxiv fotosu
Arxiv fotosu

Hadisə yerində iki qadın və silahlı daxil olmaqla üç kişi öldürülüb. Daha bir qadın isə sonradan xəstəxanada keçinib

İngiltərənin cənub-qərbindəki Plimut şəhərində kütlə atışmada altı nəfər həlak olub. Polis şübhəli silahlının da öldüyünü bildirir.

Hadisə yerində iki qadın və silahlı daxil olmaqla üç kişi öldürülüb. Daha bir qadın isə sonradan xəstəxanada keçinib.

“Onların hamısı aldıqları güllə yarasından ölüblər”, – polis bəyanatında bildirir.

Bəyanata görə, insident terrorçuluqla bağlı olmayıb, ərazi təhqiqat getdiyi üçün qapadılıb. Polis ictimaiyyətdən hadisə yerinin fotolarını sosial mediada paylaşmamağı xahiş edib.

Yerli deputat Lyuk Polard öldürülənlərdən birinin yaşı 10-dan aşağı uşaq olduğunu deyib.

“Xəstəxanada müalicə alanlar var. Bu haqda danışmaq belə asan deyil. Ailələrə başsağlığı verirəm”, – Polard Twitter-də yazıb.

Şahidlərin dedikləri

Polis daha öncə atışmanı “odlu silahla ciddi insident” adlandırmışdı. Yeri vaxtla axşam saat 6-da insident haqda məlumat yayılandan az sonra fövqəladə xidmətlər reaksiya verib.

Britaniya mediası yazır ki, 262 minədək əhalisi olan şəhər sakinləri polis hadisə yerinə gəlincəyə qədər atışma səsləri haqda məlumat veriblər.

Bir şahidin BBC-yə deməsinə görə, o, bir neçə dəfə açılan atəşdən sonra qışqırıq eşidib, silahlı bir evin qapısını sındıraraq ətrafa atəş açmağa başlayıb. O daha sonra evdən çıxaraq qarşısına çıxanlara atəş açıb.

Plimutda qərbi İngiltərədə ən böyük donanma bazası yerləşir. Bazaya nüvə sualtı gəmiləri və böyük hərbi gəmilər daxildir. Cənub-qərbi İngiltərənin mərkəzində yerləşən şəhər həm də populyar daxili turizm məkanıdır.

XS
SM
MD
LG