Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:58

Britaniya və Kanada Lukaşenkaya sanksiyalar qoyur


Alyaksandr Lukashenka və oğulları Viktar (solda), Mikalay və Dzmitri
Alyaksandr Lukashenka və oğulları Viktar (solda), Mikalay və Dzmitri

Britaniya və Kanada avtoritar prezident Alyaksandr Lukşenka da daxil, bir neçə Belarus rəsmilərinə sanksiyalar qoyub.

Kanada və Britaniya bu barədə qərarı sentyabrın 29-da elan edib. Britaniyanın xarici işlər naziri Dominic Raab deyib:

"Biz Belarus xalqına qarşı quldurluq edən şəxslərdən məsuliyyət tələb etməliyik. Biz demokratiya və insan haqları dəyərlərinin müdafiəsinə qalxmalıyıq”.

Kanadanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“2020-ci ilin avqustunda keçirilmiş fırıldaqçı seçkidən sonra Belarus hökuməti ictimai etirazlara və müxalifət qruplarının fəaliyyətinə qarşı dövlət tərəfindən maliyyələşdirilən sistematik zorakılıq və repressiya kampaniyası aparıb”.

Xəbər verilir ki, sanksiya siyahısına Lukaşenka, onun oğlu Viktar, prezident administrasiyasının rəhbəri İhar Syarheyenka, daxili işlər naziri Yuri Karayeu, onun müavini Alyaksandr Barsukou və başqaları daxil edilib.

Bu sanksiyalardan əvvəl Fransa prezidenti Emmanuel Makron Litvada Belarus müxalifətinin lideri Svyatlana Tsixanovskaya ilə görüşmüş və Belarusdakı siyasi böhranın çözülməsində vasitəçiliyini təklif etmişdi.

XS
SM
MD
LG