Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Dərman doğrudan ucuzlaşıb, yoxsa...


►Xəstələr dərmanların özü və qiyməti ilə maraqlansa...

Dövlətə dərman gətirən «Zeytun», «AvroMed» və başqa qurumlardan vəziyyəti öyrənsin

Səhiyyə Nazirliyi dərman preparatları, tibbi avadanlıq və mebel alışı ilə bağlı bu il sayca 2-ci tenderini yekunlaşdırmaqdadır.

On lotdan (hissədən) ibarət tenderin qalibləri hələ açıqlanmayıb.

Nazirlikdən AzadlıqRadiosuna cavab

AzadlıqRadiosu tenderin gedişi barədə suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin (İTM) təşkil etdiyi Tender Komissiyasına üz tutub. Lakin İTM-dəki şəxslər buranın anbar kimi fəaliyyət göstərdiyini və komissiya üzvlərindən heç kəsin iş yerində olmadığını deyiblər.

Bu ilin martında keçirilən və 20 lotdan ibarət tenderin 18 lotunun qalibləri məlumdur.

İTM-in İqtisadiyyat Nazirliyinə təqdim etdiyi hesabata görə, 11 şirkətlə ümumi dəyəri 89 milyon 720,3min manat olan müqavilələr bağlanıb.

2014-cü ilin dördüncü rübündə yaradılmış «Zeytun Pharmaceuticals» MMC 6 ikitərəfli müqavilə üzrə 9 milyon 120,7 min manatlıq dərman təchizatını yerinə yetirəcək.

Xroniki böyrək çatışmazlığı, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə aparılması, ana və uşağın sağlamlığının qorunması, imtiyazlı qruplara daxil olan xəstələrə dərman vasitələrinin, eləcə də yoluxucu xəstəliklərin immunoprofilaktikası üçün vaksinlərin və tibbi təyinatlı vasitələrin alınması bu şirkətə tapşırılıb. (ardı aşağıda)

«Qızım elə bilir ki, böyüyəndə gözləri görəcək»

«Qızım elə bilir ki, böyüyəndə gözləri görəcək»
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Diabetdən əziyyət çəkənlər dərmanı «AvroMed»dən soruşsunlar?

Bundan başqa, «Zeytun» «AzəriMed» MMC və «MTC Medikal Ürünleri San. ve Tic. A.Ş.» şirkəti ilə birgə ümumi dəyəri 17 milyon 931 min manat olan dərman, sarğı materialları və digər tibbi təyinatlı vasitələrin təchizatı ilə də məşğul olacaq.

«AvroMed Company» MMC 3 satınalmada qalib elan edilib. Şirkət şəkərli diabet, hemofiliya və talassemiya xəstələrini dərman və tibbi təyinatlı vasitələrlə təmin edəcək. Bunun üçün ona 33 milyon 376 min manat pul ödəniləcək.

«Fresenius General Trading LLC» şirkəti hemodializdə və digər xəstəliklərdə istifadə olunan tibbi vasitələrin xaricdən gətirilməsi üçün dövlət büdcəsindən 14 milyon 742,1 min manat alacaq.

____________________________________________________________

Bunlara da bax:
“Ya torpaqlarımıza qayıdaq, ya da imkan versinlər, tualet tikək”
''Heydəristan'ı fransızca yazacam'

____________________________________________________________

Xatırlatmaq yerinə düşər ki, ötən il səhiyyə sahəsində müxtəlif dövlət proqramlarının icrası, tibb ocaqlarının dərman təchizatı üçün 52 tender üzrə 126 milyon 212 min manatlıq satınalma müqaviləsi bağlanmışdı.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il dərman və sarğı materialları, tibbi vasitələr və texnika alınmasına dövlət büdcəsindən 207,8 milyon manat ayrılması nəzərdə tutulub.

Tarif Şurası dərmanların əvvəlkindən qat-qat ucuz olduğunu iddia edir, amma...

Burada bir məqam diqqət çəkir ki, dövlət ötən ildən bəri Azərbaycanda satılan dərman qiymətlərini tənzimləməyə başlayıb.

Tarif (Qiymət) Şurası indiyədək ölkədə dövlət qeydiyyatına alınmış 10 mindən çox dərman vasitəsindən 7 min 75-nin qiymətini təsdiqləyib. Şuranın bildirdiyinə görə, apteklərdə bu dərmanlar təsdiqlənmiş qiymətlərlə satılır. Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qalan hissəsinin qiymətləri iyun ayı boyunca tam tənzimlənməlidir.

Tarif Şurası yeni qiymətlərin əvvəlkilərdən, bəzən, bir neçə dəfə ucuz olduğunu iddia edir. Amma bağlanan müqavilələrin müqayisəsi göstərir ki, indi dövlət daha çox xərcə düşür. Məsələn, 2015-ci ildə imtiyazlı qruplara daxil olan xəstələrdən ötrü dərman vasitələrinin satın alınmasına 1 milyon 578,8 min manat xərclənmişdi. Bu il isə həmin vəsait 417,7 min manat artırılıb. Bu il hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə dərman vasitələrinin satın alınmasına 10 milyon 433,5 min manat - ötən ildəkindən 13 min manat çox vəsait xərclənəcək.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)

“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”
Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)

“Formula-1”ə 300 milyon xərclənib?
'Formula-1'ə büdcədən 300 milyon xərclənir?
Gözlə

No media source currently available

0:00 0:15:58 0:00
XS
SM
MD
LG