Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

Vitse-prezident prezidenti tanımaq istəmir


65 yaşlı özbək komandan Abdul Rashid Dostum 1970-ci illərdən bu yana dəfələrlə tərəf dəyişib
65 yaşlı özbək komandan Abdul Rashid Dostum 1970-ci illərdən bu yana dəfələrlə tərəf dəyişib

Əfqanıstanda virse-prezident Abdul Rashid Dostum tərəfdarlarını küçələrə çıxıb Ashraf Ghani-nin yenidən prezident seçilməsinə etiraz etməyə çağırıb.

Lakin Əfqanıstan boyunca alınan xəbərlərdən görünür ki, ölkənin etnik özbək əhalisinin nümayəndəsi olan Dostumun çağırışına baxmayaraq küçələrdə nə ciddi etiraz, nə də şənlik görünür.

Ghani fevralın 18-də seçkidən az qala beş ay sonra prezident seçkisinin qalibi elan edilib.

Bu, geniş seçki saxtakarlıqları ilə bağlı iddialara görə səslərin sayılmasının uzun çəkməsi ilə bağlıdır.

Seçki nəticələri Ghani-nin əsas rəqibi Abdullah Abdullah və onun seçki yoldaşı Dostum tərəfindən dərhal rədd edilib.

Abdullah fevralın 18-də bəyan edib ki, o bütün qüvvələri özündə birləşdirəcək separat hökumət yaradır.

Abdul Rahid Dostum bir vaxtlar Ghani-ni dəstəkləyib
Abdul Rahid Dostum bir vaxtlar Ghani-ni dəstəkləyib

Tanış epizod

Əfqanıstanın siyasi həyatında belə epizod artıq bir dəfə, 2014-cü ildə də olub.

Onda da mübahisəli seçkinin qalibi olaraq Ghani elan edilmişdi.

Abdullah fevralın 19-da xarici ölkələrin Kabuldakı səfirliklərinə məktub göndərərək onları “qanunsuz” seçkinin nəticələrini tanımamağa çağırıb.

Dostumsa fevralın 19-da deyib ki, Əfqanıstan Müstəqil Seçki Komissiyasının bəyanatı “çevriliş” kimi qiymətləndirilə bilər.

Dostum tərəfdarlarını özünün ölkənin şimalındakı doğma Cövzcan vilayətində Abdullahın seçki qələbəsini bayram etməyə çağırıb:

“Mən sizin lideriniz kimi sizi bütün qüvvənizlə doktor Abdullahı dəstəkləməyə çağırıram”.

Sovetlərin tərəfində

Beynəlxalq icma Əfqanıstanda seçki nəticəsinin elan edilməsinə qarışıq reaksiya verib.

Dostum 2014-cü il seçkisində Ghani ilə birlikdə vitse-prezidentliyə namizəd kimi eyni komandada idi.

Lakin 65 yaşlı özbək komandan 1970-ci illərdən bu yana dəfələrlə tərəf dəyişib.

O bir vaxtlar Əfqanıstandakı sovet qoşunlarının tərəfində islamçı mücahidlərə qarşı, sonra isə ŞimalAlyansının üzvü kimi Talibana qarşı vuruşub.

Dostum əslində yalnız kağız üzərində vitse-prezident olub və ona qarşı zorlama və adam oğurluğu ittihamlarından sonra ömrünün son dörd ilinin çoxunu sürgündə keçirib.

XS
SM
MD
LG