Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:13

DST: 4 yaşınadək uşaqlara gündə yalnız bir saat ‘ekran vaxtı’ verilməlidir


Birləşmiş Millətlər Təşkilatının səhiyyə agentliyinin tövsiyəsinə görə 2-4 yaşları arasında olan uşaqlara gündə yalnız bir saat “ekran qarşısında oturaq vaxt” verilə bilər.

1 yaşı olanların isə elektron ekranların təsirinə ümumiyyətlə məruz qalmaması vacibdir.

Dünya Səhiyyə Təşkilatı (DST) aprelin 24-də öz tarixində bu mövzuda ilk dəfə olaraq yaydığı təlimatda bildirir ki, 5 yaşdan kiçik uşaqlar fiziki baxımdan fəal olmalı, adekvat yuxu almalıdırlar.

Təlimata görə yalnız belə bir şəraitdə azyaşlıların ömürlük sağlam vərdişlər əldə etməsinə, onların böyüdükcə piylənmə və başqa xəstəliklərdən qorunmasına nail olmaq olar.

DST-nin tövsiyələrində “oturaq ekran vaxtı” kimi təqdim etdiyi müddətə həm televizora baxılması və kompüter oyunlarının oynanması daxildir.

Agentlik bildirir ki, fiziki aktıvlik, “oturaq davranış” və yuxu kimi vərdişlərin əsasıhəyatın çox erkən mərhələsində qoyulur və onlara bu vərdişləri uşaqlıq, yeniyetməlik və yetkinlik dövründə saxlamaq imkanı verir.

Tövsiyələrdə bildirilir ki, 1-4 yaşları arasında olan uşaqlar gündə azı üç saatlarını fiziki fəallığa sərf etməlidirlər.

1 yaşınadək körpələrə isə “döşəməüstü oyunlar” üçün imkan yaradılmalı və onlar bütün növ ekranlardan aralı tutulmalıdırlar.

DST bildirir ki, hərəkətsizlik ölümün “aparıcı risk faktoru” və dünya boyunca piylənmənin isə başlıca elementidir.

Bundan əvvəlki hesabatında DST bildirirdi ki, piylənmiş uşaq və yeniyetmələrin sayı son qırx ildə 10 dəfə artaraq 120 milyona çatıb.

Bu da qeyd olunurdu ki, piylənmə xüsusilə də Asiya ölkələrinin aşağı və orta gəlirli ailələrində artır.

XS
SM
MD
LG