Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:18

Rusiya sülməramlılarının olduğu ərazidə monitorinq yenə baş tutmayıb


Kəlbəcərdə qızıl mədəni, arxiv foto
Kəlbəcərdə qızıl mədəni, arxiv foto

İqtisadiyyat nazirliyi nümayəndəsinin dediyinə görə, yoxlama üçün getdikləri hər iki mədən ərazisində təxribatla üzləşiblər.

Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdəki faydalı qazıntı yataqlarında monitorinqi növbəti dəfə baş tutmayıb.

Bu barədə rəsmi dövlət xəbər agentliyi olan Azərtac dekabrın 10-da məlumat yayıb.

Agentlik İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov-a istinadla monitorinqin təxribat nəticəsində alınmadığını yazır:

“Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Qolasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan iştirak edirdirlər.Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdı” -deyə məlumatda bildirilir.

Nazirlik nümyəndəsi Məsim Məmmədovun dediyinə görə, onların getdikləri ikinci obyektin giriş qapısında da böyük bir kütlənin toplaşdığını görüblər.

“Biz baxanda gördük ki, eyni şəxslər həmin obyektlərdən başqa bizim hərəkət etdiyimiz istiqamətdə yolu yenidən kəsmişlər. Rusiya sülhməramlı qüvvələrin nümayəndələri, rəhbərlik, komandanlıq onlarla danışığa girməklərinə baxmayaraq, nəticə əldə edilmədi. Hesab edirik ki, bu, iki tərəflin təşkil etdiyi təxribatdır”, - Azərtac-ın yazdığına görə nazirlik nümayəndəsi vurğulayıb.

AzadlıqRadiosunun erməni xidməti "Azadtutyun" yerli ermənilərə istinadla bir qrup azərbaycanlının Ağdərədəki Kaşen mədəninə girməyə cəhd etdiyini, lakin mədən mühafizəçilərinin buna imkan vermədiyini yazır.

Bir neçə gün əvvəl Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat nazirliyinin bir qrup eksperti Rusiya sülməramlılarının müvəqqəti nəzarət bölgəsindəki ərazidə bir neçə faydalı qazıntı yatağında qanunsuz istismara və ekoloji çirklənməyə nəzarət məsələsini gündəmə gətiriblər.

Bu deyilənlərə, hələlik, Rusiya Sülhməramlıları Kontingentinin rəhbərliyinin münasibəti bəlli deyil. Amma bu hadisələr tezə başlayanda kontingentin komandiri bildirmişdi ki, baş verənlərlə sülhmərmlıları gözdən salmaq istəyirlər

Bununla bağlı dekabrın 3-ü və 7-də iki nazirliyin nümayəndə heyəti Rusiya sülhməramlılarının qərargahında olublar və dekabrın 10-da monitorinqə başlayacaqlarını bildiriblər.

Nazirlik nümayəndəsi növbəti montorinqin nə vaxta təyin olunduğu barədə hər hansı açıqlama verməyib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG