Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:04

“Prezident naziri həbs edə bilmir?”


İlham Əliyev (solda) və Eldar Mahmudov (sağda)
İlham Əliyev (solda) və Eldar Mahmudov (sağda)

►"Bu günə kimi MTN-dən çıxarılan Mahmudov dəstəsinin üzvlərinin sayı yüzlərlədir, onların sayı 200-dən az deyil."

Bir aya yaxındır Milli Təhlükəsizlik Nazirliyi kimi mühüm dövlət qurumu başsız, daha doğrusu, başçısız qalıb. Müharibə şəraitində yaşayan bir dövlətdə belə bir nazirliyin başçısız fəaliyyət göstərməsi nə qədər normaldır? Bu durum hansısa fəsadlara yol aça bilərmi?

Üstəlik də hüquq-mühafizə orqanları nazirlikdə baş verənlər, həbslər, cinayət işi haqqında çox xəsisliklə məlumat verir. Elə siyasi rəhbərlik də MTN-də baş verənlər haqqında açıq danışmağa tələsmir. Yalnız bir dəfə sahibkarlarla bağlı qanun pozuntularına toxunulub, vəssalam. Suallar çoxdur. Rəsmi açıqlama yoxdur. Bəs mütəxəssislər nə düşünürlər?

Buna da bax: Azərbaycanlılar təhqiramiz verilişə etiraz edirlər- [Video]

“HAKİMİYYƏT SƏHVİNİ ETİRAF EDƏ BİLMİR”

Ərəstun Oruclu
Ərəstun Oruclu

Politoloq Ərəstun Oruclu baş verənləri bu cür dəyərləndirir:

Məndə olan məlumata görə, köhnə peşəkarlar artıq mühüm postlara qaytarılır. Hesab edirəm ki, bu, daha düzgün və zəruri addımdır, nəinki nazir məsələsinin həlli.

“Əslində, deməzdim nazirlik başsız qalıb. Mədət Quliyev birinci müavin təyin olunmaqla yanaşı ona nazirin səlahiyyətlərini icra etmək imkanı verilib. Hər halda, mənim bildiyim qədər belədir. Yeri gəlmişkən, bu nazirlikdə kifayət qədər ciddi addımlar atılır. Məndə olan məlumata görə, bu günə kimi MTN-dən çıxarılan Mahmudov dəstəsinin üzvlərinin sayı yüzlərlədir, onların sayı 200-dən az deyil. Artıq çox ciddi işlər görülüb. İndiki mərhələdə dövlət orqanının – MTN-in ölkənin təhlükəsizliyni təmin etməsi üçün onun özünü təmizləmək lazım idi. Bu istiqamətdə də addımlar atılır. Köhnə peşəkarlar artıq mühüm postlara qaytarılır. Hesab edirəm ki, bu, daha düzgün və zəruri addımdır, nəinki nazir məsələsinin həlli”.

Siyasi rəhbərliyin susmasına gəlincə, Ərəstun Oruclu bu durumu normal saymadığını söyləyir. Onun fikrincə, siyasi hakimiyyət nazirlikdə olanların onun məsuliyyətsizliyi ucbatından baş verdiyini yaxşı anlayır. Politoloq deyir ki, Eldar Mahmudovu işdən çıxaran da, nazir təyin edən də prezident idi, ancaq bu gün siyasi hakimiyyət səhvini etiraf edə bilmir:

“Ona görə də məsələni sırf hüquqi müstəviyə çıxarıblar. Amma mən hesab etmirəm ki, Akif Çovdarov kimi fiqurun və ya başqalarının işdən qovulması indiki MTN rəhbərinin qərarıdır. Bunun arxasında siyasi qərarlar dayanır. Bundan sonra həmin orqana siyasi nəzarət güclənəcək, çünki olanlar bir dərs idi. Digər tərəfdən, siyasi hakimiyyət sərəncam verib Eldar Mahmudovu vəzifədən kənarlaşdırdısa, bunun özü də mesajdır. Amma bütün işlər hüquqi müstəvidə olunmalıdır və ictimaiyyət bütün həbslər, işdənçıxarılmalar haqqında məlumatlandırılmalıdır. İndiliksə hakimiyyət öz ampluasındadır, susur”, - söyləyir Ərəstun Oruclu.

Sənətçi "FSB"yə od vurdu- [Video]

“BİR ÖLKƏNİN NAZİRİ REKETLƏ MƏŞĞULDURSA...”

Eyyub Kərimov
Eyyub Kərimov

“Femida 007” qəzetinin redaktoru, hüquqşünas Əyyub Kərimov isə hakimiyyətin susqunluğunu onun dəyişikliyə hazır olmaması, hadisələrin sürətli və qəfil baş verməsi ilə izah edir:

Nə baş verdi ki, Aqil Xəlil ölkədən qaçdı? Çovdarova görə? Aqil Xəlil onu zeytunluqda tutmuşdu deyə? Aqil Xəlil şikayət edib və Avropa Məhkəməsinin qərarına görə Azərbaycan cərimə olunub. Niyə Akif Çovdarov həbs edilmir?

“Qəfil baş verdiyinə görə namizəd tapmaq və onu əvəzləmək problemi yaranıb. Buna görə də birinci müavin postu yaradılıb, bugünə kimi də rəhbər təyin edilməyib. Biz aysberqin çox az hissəsini görürük. Suyun altında çox şey ola bilər. Ancaq bir ölkənin milli təhlükəsizlik naziri reketliklə məşğuldursa və prezident bunu etiraf edirsə, onda vay bizim halımıza... Akif Çovdarovun işdən azad olunması haqda mətbuatda xəbər yayılıb. Akif Çovdarovun vəzifədən azad edilməsi üçün niyə bu qədər gözləmək lazım idi? Niyə Aqil Xəlil məsələsinə qayıtmadılar? Niyə bu işlə bağlı həqiqəti söyləmədilər? Burda nə var idi ki? Nə baş verdi ki, Aqil Xəlil ölkədən qaçdı? Çovdarova görə? Aqil Xəlil onu zeytunluqda tutmuşdu deyə? Aqil Xəlil şikayət edib və Avropa Məhkəməsinin qərarına görə Azərbaycan cərimə olunub. Niyə Akif Çovdarov həbs edilmir? Sualı da belə qoya bilərik: Yaxşı, nə olmalıdır ki, Eldar Mahmudov həbs edilsin?”

“SİYASİ CƏSARƏT OLMALIDIR Kİ...”

Əyyub Kərimov bu suala özü də cavab verir:

“Siyasi cəsarət olmalıdır ki, Eldar Mahmudov həbs edilsin”.

Hüquqşünas 21 il öncə baş verənləri, keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun həbsini yada salır. Və yenə sual edir:

“Necə olur ki, indiki prezidentin atası Heydər Əliyev Nəriman İmranovu həbs elədi? Yadınıza gəlir, nazirlər içində ən məlumatlısı idi. Amma prezident indi naziri həbs edə bilmir? Nazirlikdə reket varsa, bu, artıq özü nazirin həbsinə şərait yaradır”.

Hüquqşünasa görə, İlham Əliyev atasından örnək götürməlidir.

Göründüyü kimi suallar çoxdur və Əyyub Kərimovun dediyi kimi aysberqin çox az hissəsi üzdədir, hakimiyyətin dərinliklərində baş verənləri isə hələlik heç kim açıqlamağa tələsmir.

Bu il oktyabrın 17-də prezident Milli təhlükəsizlik naziri Eldar Mahmudovu işdən azad edib. Bundan sonra 10-dək yüksək vəzifəli MTN əməkdaşının həbsi və onlara cinayət işi açılması haqda rəsmi məlumat yayılıb. Ancaq mətbuat həbslərin və işdənçıxarılmaların daha geniş miqyasda olduğunu iddia edir. Hüquq-mühafizə orqanları bu məlumatları təkzib etmirlər.

XS
SM
MD
LG