Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

Elektrik avtomobil bazarında qələbə kimin olacaq? 


Illüstrasiya
Illüstrasiya

Biz hamımız smartfonlarımızı sevirik. Hazırda bütün dünyada il ərzində yeni smartfonlara 1,5 milyard dollara qədər pul xərclənir.

Dünyanın 7,6 milyard əhalisinin üçdə birindən çoxunun smartfonu var.

Bu, cəmi bir neçə il öncəkindən xeyli artıqdır. Ancaq bu artımın artıq sabitləşdiyi bildirilir.

Dünyada internetdən istifadənin yarıdan çoxu smartfonların payına düşür. Mobil telefonlar və smartfonlar bütün dünyada iqtisadiyyat üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Smartfonlar Apple şirkətini dəyəri 1 trilyon dollardan çox olan şirkətə çevirib. Amerika tarixində belə bir şey olmamışdı.

Digər tərəfdən, avtomobillər artıq bir əsrdən çoxdur ki, mövcuddur. Planetimizdə 1,2 milyarddan avtomobil var. Bu hər 100 nəfərə 16 avtomobil deməkdir. 2040-cı ildə avtomobillərin ümumi sayının indikindən iki dəfə artıq olacağı gözlənilir.

Bəs niyə cəmi 4 milyondan artıq elektrik maşın mövcuddur? Niyə onların sayı 2019-cu ildə yalnız 5 milyona çatacaq? Bu o deməkdir ki, yer üzündə hər 300 maşından biri cərəyana qoşulub yüklənir. Müştərilər elektrik avtomobillərini çox bəyənirlər. Bəs niyə onların satışı smartfonların trayektoriyasını təkrarlamır?

“Avtomobil ən elementar mobil cihazdır, elə deyilmi?”- Aplpe şirkətinin baş əməliyyat direktoru Jeff Williams 2015-ci ildə demişdi. Forbes jurnalı yazır ki, avtomobillər “ən elementar mobil cihaz” ola bilərdi. Ancaq bunun üçün avtomobil və nəqliyyat sənayesi elektriklə çalışan avtomobillər üçün “smartfon ekosistemi” yaratmağı öyrənməlidir. Söhbət avtonom, bir-biri ilə əlaqəli və müştərək avtomobillər trendinin bu işə daha çox inteqrasiya edilməsindən gedir. Bu, elektron mobilliyi gələcəyə aparardı. Smartfonlar da öz uğurlu ekosistemlərini belə yaratmışdılar. Smartfon ekosisteminin işlənib hazırlanması və bu işin liderliyi bu sahələrdəki artımı, qalibləri və məğlubları müəyyən edib. Bəs avtomobil şirkətlərinin hazırkı ekosistemlərini pozmaq, dəyişməklə bağlı hər hansı planı varmı?

Biznes ekosistemi nədir?

“Ekosistem” terminini ilk dəfə biznes strateqi James Moore biologiya elmindən əxz edərək özünün 1993-cü ildə yazdığı və “Harvard Business Review” jurnalında dərc olunan məqaləsində işlədib. “Yırtıcılar və ov: rəqabətin yeni ekologiyası” adlanan bu məqalədə müəllif get-gedə daha çox bir-birinə bağlanan kommersiya dünyasında fəaliyyət göstərən şirkətləri yaşamaq üçün uyğunlaşan və təkamül edən orqanizmlərlə müqayisə edib. Moore bu yazısında şirkəti sadəcə həmin biznes sahəsində ayrıca qurum kimi deyil, biznes ekosisteminin bir hissəsi kimi nəzərdən keçirib. Ekosistemə gəlincə, onun iştirakçıları müxtəlif biznes sahələrini əhatə edən qurumlardır.

Ekosistemin təkamül dövrlərini nəzarətdə saxlamaq dominantlığa, özünü yeniləməyə, son nəticədə süquta yol aça bilər (Apple və Androidlə RIM-Blackberry və Nokia-nı müqayisə etmək olar). Biznes ekosisteminin təkamül mərhələlərinə doğuluş, genişlənmə, liderlik və özünü yeniləmə daxildir. Aydındır ki, Apple və Android başda olmaqla smartfon ekosistemi özünün təkamül yolundadır. Avtomobil və mobillik sahəsi ciddi dəyişikliklər dövrünü keçir və yeni ekosistem doğulmaqdadır.

Bu, sadəcə telefonlara, yoxsa hər şeyə aiddir?

Çoxumuz mobil telefonların ilk günlərini xatırlayırıq. Əlaqə, yumşaq desək qüsursuz deyildi və ilk telefonlar kərpicə bənzər cihazlar idi. Düymələrin funksiyaları da qəribə idi. Telefon sadəcə verbal ünsiyyət qurğusu idi, qətiyyən çox sayda funksiyası olan cib kompüteri deyildi. Bugünkü smartfonsa davamlı olaraq bir çox sahədəki yeniliklərdən bəhrələnir.

3G, 4G və artıq 5G gəlməsəydi, bu sehrli cihazlar necə olardı? Simsiz xidmətlər göstərən güclü oyunçular arasında ciddi rəqabət var. Qlobal WiFi şəbəkələrinin sayı tezliklə 500 milyona çatacaq. Bu isə təkcə 5 ildə 5 dəfə artım deməkdir. Elektrik avtomobillər sahəsində belə bir artımı təsəvvür edə bilirsinizmi? Beş il əvvəl Apple ekosistemində 5000-dən də az mobil əlavə (app) vardısa, hazırda bu say 2 milyondur.

Elektomobillər üçün ekosistemin qurulması bir neçə istiqamətdə işlərin genişləndirilməsini tələb edir. Bərpaolunan enerji sektorunun inkişafı, batareyaların doldurulması üçün məntəqələrin sayının artırılması, şəhər infrastrukturunun elektromobillərə uyğunlaşdırılması, elektromobillər üçün müxtəlif app-lərin, xəritələrin və s. texnologiyaların hazırlanıb tətbiq edilməsindən asılıdır.

XS
SM
MD
LG