Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Əli Həsənov BMT məruzəçisini 'topa tutdu'


Əli Həsənov
Əli Həsənov

“BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BMT-nin Azərbaycanda insan haqları müdafiəçilərinin vəziyyətini araşdıran xüsusi məruzəçisi Michel Forstun sentyabrın 22-də açıqladığı ilkin hesabatı şərh edərkən belə deyib.

Ə.Həsənov APA-ya bildirib ki, Azərbaycan subyektiv mülahizələrdən ibarət, qərəzli və qeyri-ciddi iddialara əsaslanan sənədləri qəbul etmir, öz prinsipial mövqeyində qalır. Onun fikrincə, M.Forstun məruzəsində balans gözlənilməyib, həbslər, KİV və QHT-lərlə bağlı faktlar araşdırılmayıb, hakimiyyətin mövqeyi nəzərə alınmayıb.

Buna da bax:​ Azərbaycana səfər edən M.Forst: 'Onlar xain yox, qəhrəmandırlar'

“Freedom Hause” kimi...

“Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir”

'“Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “hesabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülmüşdür. İnsan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılmışdır', Əli Həsənov deyib.

Prezidentin köməkçisi BMT-nin xüsusi məruzəçisi Michel Forstu ermənipərəst adlandırıb:

“İnsan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılmışdır. Təsadüfi deyil ki, mətbuat konfransında cənab Forst öz mandatını əsas gətirərək, ümumiyyətlə Dağlıq Qarabağ məsələsi və onun nəticələrinə toxunmayacağını bəyan etmişdir. Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir”.

Buna da bax:​ Prezidentin köməkçisi: 'Referendum islahatların davamıdır'

“Yüzlərlə KİV, QHT, onlarla siyasi partiya fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilir, öz mövqelərini açıq şəkildə bəyan edirlər”

Prezidentin köməkçisi bildirib ki, xüsusi məruzəçi hökumətlə vətəndaş cəmiyyəti sektoru arasında dialoqun olmamasını iddia etməklə ciddi yanlışlığa yol verib:

“Bunun da əsas səbəbi odur ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşüb”.

Söz və məlumat, sərbəst toplaşmaq və digər azadlıqlar təmin olunub

Ə.Həsənov BMT məruzəçisinin həbslərlə bağlı mövqeyini şərh edərkən bildirib: “Cənab Forst cinayətlərin xarakteri və cinayət materialları ilə ümumiyyətlə tanış olmayıb. Əgər tanış olsaydı, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin barəsində “internetdəki fikirlərinə görə cinayət işi açılıb” ifadəsini işlətməzdi”.

“İnsan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi..."

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq və digər azadlıqlar təmin olunub.

“Yüzlərlə KİV, QHT, onlarla siyasi partiya fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilir, öz mövqelərini açıq şəkildə bəyan edirlər”...

Buna da bax:​ BMT məruzəçisi ilə görüşdə kim nədən danışacaq

BMT-nin Azərbaycanda insan haqları müdafiəçilərinin vəziyyətini araşdıran xüsusi məruzəçisi Michel Forst 9 gün ərzində ölkədə araşdırma aparıb. O, bir sıra rəsmilərlə, Avropa Şurası, diplomatik korpusun nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, həbsdə olan siyasilər və jurnalistlərlə görüşlər keçirib.

M.Forst sentyabrın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanda əsas insan hüquq və azadlıqlarının durumunun acınacaqlı olduğunu ifadə edib.

XS
SM
MD
LG