Keçid linkləri

2024, 28 İyun, Cümə, Bakı vaxtı 01:57

600 min nəfərin maaşı, 2.5 milyon nəfərin vergisi artacaq


İlham Əliyev keçmiş rəqibini vəzifəyə gətirdi
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

İlham Əliyev keçmiş rəqibini vəzifəyə gətirdi

Martın 1-dən minimum əmək haqqı 130 manatdan 180 manata qalxacaq. Bununla bağlı fevralın 8-də prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncamla muzdla çalışanların az qala yarısının rəsmi maaşları artacaq. Onlardan biri də fortepiano müəlliməsi Günel Əliyevadır. Dediyinə görə, ayda 150 manat alrıdı, indi martin 1-dən maaşı azı 180 manat olacaq:

“Ümumi fikirləşəndə yenə də aşağıdır. Məsələn, mənim ixtisasım üzrə Türkiyədə aylıq maaş min manatdır. Heç olmaya bizdə də 400-500 manat olsaydı, yaxşı olardı”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirirlər ki, gələcəkdə də minimum əmək haqları artırılacaq. Nazirliyin fevralın 11-də yaydığı məlumata görə, prezidentin sərəncamı ilə ümumilikdə 600 min nəfərin əmək haqqı artacaq. Bunların 450 mini dövlət sektorunda çalışanlardır:

“İlkin hesablamalara görə, özəl sektorda çalışan 150 min nəfərin də əmək haqqı artacaq. Ümumilikdə, bu sərəncam muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək. Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayında isə 335 milyon manatadək əlavə vəsait ayrılacaq”.

842 min nəfərin vergisi 4 dəfə artacaq

Amma iqtisdaçı Qubad İbadoğlu düşünür ki, sərəncamla əhalinin təkcə gəlirləri yox, həm də xərcləri artır. Onun fikrincə, bu sərəncamdan 600 min nəfər udacaqsa, 2,5 milyon nəfər də uduzacaq. Qazananlar daha çox minimum əmək haqqı ilə elm, səhiyyə, sosial təminat, mədəniyyət və digər sahələrdə çalışanlardır. Bəs, uduzanlar kimlər olacaq? Qubad İbadoğlu bunu belə izah edir:

“İndiyədək 842 min fərdi sahibkar sosial sığorta ödəmələrə 6 manat 25 qəpik ödəyirdisə, martin 1-dən 4 dəfə çox - 25 manat ödəyəcək”.

1 milyon 750 min nəfər torpaq mülkiyyətçilərinin 7.8 manat sosial sığorta haqları, martın 1-dən 10,8 manat olacaq.

Bakıda tikinti və ticarət sektorunda VÖEN-lə fəaliyyət göstərən, işçisi olmayan fərdi sahibkarlar sosial müdafiə fonduna minimum əmək haqqının 50 faizi qədər - 65 manat ödəyirdisə, martın 1-dən 90 manat ödəməli olacaq.

Hansı peşə sahibisiniz və sizcə bu peşə üçün normal maaş nə qədər olmalıdır?
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Müxalifətdə olan Real Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, təkcə sosial ödəmələr yox, minimum əmək haqqına bağlı cərimələr də artacaq. O düşünür ki, bu artımın qarşısını almaq üçün cərimələrin minimum əməkhaqqına bağlılığını ləğv etmək lazımdır.

Millət vəkili Bəxtiyar Əliyev Trend informasiya agentiyinə müsahibəsində, bu sərəncamı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi siyasətinin davamı kimi dəyərləndirib. O vurğulayıb ki, hakimiyyətin siyasətinin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib.

Bu maaş artımı da Azərbaycanı qonşularından irəli çıxarmır

Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli isə dövlət büdcəsindən maaş alanların tən yarısının minimum əmək haqqı almasını faciə sayır. O deyir ki, düzdür bəzi sahələrdə, xüsusilə də, özəl sektorda çalışanların minimum əməkhaqqı real maaşlar deyil. İşəgötürən də, işçi də daha az vergi və məcburi sosial sığorta haqqı ödəmək üçün rəsmi maaşı aşağı göstərir. Dövlət sektorunda çalışanların isə əməkhaqlarının azlığı korrupsiya və digər neqativ hallara gətirib çıxırarır:

“Yəni, maaşlar həddindən artıq aşağıdır. Bu da həmin sektorda çalışanların imkan düşdükcə, rüşvətə əl atmaları ilə nəticələnirdi. Maaşların artırılmasının da əsas məqsədlərindən biri məhz dövlət müəssisələrindəki bu cür neqativ halların aradan qaldırılmasıdır. Amma indiki maaş artımı ilə belə bu məqsədlərin gerçəkləşməsi mümkün deyil”.

Natiq Cəfərli deyir ki, bu artım, özəlliklə, həkim və tibb bacılarının maaşında özünü göstərəcək.

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan sahib olduqları peşə üçün normal maaş nə qədər olmalıdır?

İqtisadçı Qubad İbadoğlu vurğulayır ki, artımdan sonra Azərbaycanda bir aylıq minimum əmək haqqı ABŞ-da 10 saatlıq ödənişə bərabərdir.

Elə o da, bu reportajda fikrini bildirən digər ekspertlər də minimum əməkhaqlarının artırılmasını təqdir edir. Lakin bu artımdan sonra belə əməkhaqqına görə Azərbaycanın qonşularından geri qaldığını vurğulayırlar.

XS
SM
MD
LG