Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:04

Ərdoğan hər bir evə bir il ərzində hər ay 25 kubmetr pulsuz qaz vəd edir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkə əhalisinə bir il müddətində “mətbəx və isti su ehtiyacları” üçün pulsuz qaz veriləcək.

Prezident deyib ki, bununla da hər bir evə hər ay istehlak edilən qazın ödənişindən güzəşt olunacaq:

"Biz hər evə hər ay verilən qazın 25 kubmetrə qədərini bir il ərzində pulsuz edəcəyik”.

Anadolu agentliyinin yazdığına görə prezident bu bəyanatı Qara dənizdəki qaz yatağının istismara verilməsi mərasimində səsləndirib.

Onun sözlərinə görə bir ay müddətində, ümumiyyətlə bütün evlərə pulsuz qaz veriləcək.

Türkiyədə prezident və parlament seçkilərinə bir aydan da az vaxt qalır.

Qara dəniz qazının istismarının açılışı mərasimi Zonquldak vilayətindəki Filos qaz emalı kompleksində keçirilib.

Enerji müstəqilliyi

Ərdoğanın sözlərinə görə başlanğıc mərhələdə Türkiyə günə 10 milyon kubmetr qaz hasil edəcək.

Layihə tam gücünə çatdırıldıqdan sonra isə hasil olunan qazın həcmi günə 40 milyon kubmetrə yüksələcək.

Prezident deyib ki, bu, Türkiyənin qaza olan ehtiyacının 30 faizini ödəyəcək.

Xəbər verilir ki, layihə rekord müddətdə - 32 ay ərzində həyata keçirilib.

Enerji müstəqilliyi

Ərdoğan deyib ki, “Türkiyə enerji müstəqilliyi istiqamətində nəhəng addım atıb”.

Türkiyə sahillərində ilk dəniz qaz yatağı Zonquldak vilayətinin Sakarya rayonunda 2020-ci ildə aşkar edilib. Bunun ardınca yaxınlıqdakı Caycima-1 yatağında da qaz kəşf olunub.

Bunlqarın təxmin edilən toplam ehtiyatı 710 milyard kubmetrdir.

Özünün demək olar qaz və neft yataqları olmayan Türkiyə enerji daşıyıcılarını Rusiya, Azərbaycan və İrandan, habelə maye qazı Qətər, ABŞ, Nigeriya və Əlcəzairdən idxal edib.

Türkiyədə əsasən Trakyada çıxarılan qaz 2021-ci ildə ölkənin illik 60 milyard kubmetr qaza olan ehtiyacının yalnız 1 faizi ödəyib.

Ərdoğan deyib ki, “Türkiyə enerji müstəqilliyi istiqamətində nəhəng addım atıb”.

Ən qocaman partiyanın qocaman lideri

Ərdoğan son 9 il müddətində ölkənin prezidenti vəzifəsini icra edir. O bundan əvvəl 11 il müddətində baş nazir olub.

14 may seçkisində Ərdoğanın əsas rəqibi Respublika Xalq Partiyasının (CHP) 74 yaşlı lideri Kemal Kılıcdaroğlu olacaq.

CHP Türkiyənin ən qocaman siyasi partiyasıdır.

Müxalifət Ərdoğanı zəlzələ nəticələrinin aradan qaldırılmasına hazır olmamaqda və zərər çəkənlərə lazımi köməyi göstərə bilməməkdə ittiham edir.

Kemal Kılıcdaroğlu çıxışlarından birində deyib ki, “bu fəlakət üçün məsuliyyət daşıyan yeganə bir adam varsa, o da Ərdoğandır”.

XS
SM
MD
LG