Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 00:05

Ərdoğandan Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yeni format təklifi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistanla bağlı münasibətlərin tənzimlənməsi üçün yeni format təklif edib.

Ərdoğan bu barədə BMT-nin 78-ci Baş Assambleyası üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib.

"Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq..." - Türkiyə prezidenti deyib.

Ərdoğanın bu təklifinə, hələlik, digər ölkə liderləri münasibət bildirməyib.

Türkiyə lideri bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağını açıqlayıb.

XS
SM
MD
LG