Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 10:58

Erdoğan Putinə “ilk məktubunu” yazıb


Kreml bildirir ki, bu məktubda Türkiyə prezidenti iki ölkə arasında münasibətlərin keçmişdəki yüksək səviyyəsinə qayıdacağına ümid etdiyini yazır

Rusiya mediasının xəbərlərinə görə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiyanın Su-24 təyyarəsi vurulandan bəri ilk dəfə olaraq prezident Vladimir Putinə məktub göndərib.

Russia Today xəbər verir ki, Kreml Vladimir Putinin Erdoğandan Rusiya günü münasibətilə təbrik məktubu aldığını təsdiq edib.

Rusiya mediası Kremlin sözçüsü Dmitri Peskova istinadən bildirib ki, məktub xarici İşlər Nazirliyinin kanalı ilə göndərilib.

Xəbər verilir ki, bu məktubda Erdoğan iki ölkə arasında münasibətlərin keçmişdəki yüksək səviyyəsinə qayıdacağına ümid etdiyini bildirir.

Əziz cənab Prezident!

“Əziz cənab Prezident. Türk xalqı adından bütün rusiyalıları Rusiya günü münasibətilə təbrik edir, Türkiyə və Rusiya arasındakı münasibətlərin layiq olduğu səviyyəyə yüksələcəyinı ümid edirəm” – deyilir məktubda.

Prezident Barack Obama Erdoğanın gözləntilərini doğrulda bilməyib
Prezident Barack Obama Erdoğanın gözləntilərini doğrulda bilməyib

Rəsmi TASS xəbər agentliyi bildirir ki, bunu Recep Tayyip Erdoğanın 2015-ci ilin noyabrında baş vermiş təyyarə insidentindən bəri Vladimir Putinə ilk şəxsi məktubu hesab etmək olar.

Bundan əvvəl, məsələn, Dubay-Rostov reysi ilə uçan təyyarə qəzaya uğrayanda Erdoğanın göndərdiyi başsağlığı məktubunda “rus xalqına” müraciət edilmişdi.

Rusiya mediası xəbər verir ki, parallel olaraq Türkiyənin yeni baş naziri Binali Yıldırım da eyni məzmunlu məktubla Rusiyanın baş naziri Dmitri Medvedevi təbrik edib.

İyun ayının 1-də Kremlin sözçüsü Dmitri Peskov bir daha bəyan etmişdi ki, Moskvanın Ankara qarşısında qoyduğu üzrxahlıq tələbi qüvvədə qalır.

Erdoğanın Putinə ilk məktubundan bir gün əvvəl Newsweek məcmuəsi yazırdı ki, Türkiyə prezidenti həm ABŞ prezidenti Obama, həm də Rusiya prezidenti Vladimir Putinlə münasibətlərindən gileylənib.

O köhnə günlər...

ABŞ-a boksçu Muhammad Alinin yas mərasiminə səfərindən sonra jurnalistlərin suallarına cavab verən Erdoğan təəssüflə deyib ki, Türkiyənin əvvəllər bu hər iki dövlətlə ümidverən münasibətləri olub.

Ümid edirəm ki, münasibətlərimiz tezliklə bərpa olunacaq və biz o köhnə günlərə daha güclü qayıdış edə biləcəyik

“Cənab Obama prezident ofisinə qədəm qoyanda səfər üçüm ilk ölkə olaraq Türkiyəni seçəndə biz çox ümidli idik, - deyib Türkiyə prezidenti, - Təəssüf ki, sonrakı gözləntilərimiz doğrulmadı. Məsələn iqtisadi sahədə əməkdaşlığımız inkişaf etmək əvəzinə\ gerilədi. Xarici siyasət sahəsində də gözləntilərimiz doğrulmadı”.

“Xarici siyasət məsələsindən” danışarkən Erdoğan Obamanı ABŞ qoşunlarını Əfqanıstandan da İraq kimi qaydalı şəkildə çıxarmamaqda, Quantanamo saxlama düşərgəsini bağlalamamaqda, İraq və Suriyada Türkiyəyə dəstək verməməkdəgünahlandırıb.

O Rusiya ilə münasibətlərdən də yanıqlı danışıb.

“Bizim cənab Putinlə qarşılıqlı əlaqələrimiz çox yüksək səviyyəyə çatmışdı” – deyib Erdoğan, - Ümid edirəm ki, münasibətlərimiz tezliklə bərpa olunacaq və biz o köhnə günlərə daha güclü qayıdış edə biləcəyik”.

XS
SM
MD
LG