Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:03

Ermənistan Azərbaycanı təcili danışıqlara çağırır (Video)


Fərrux kəndindən ziddiyyətli xəbərlər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Fərrux kəndindən ziddiyyətli xəbərlər

Dağlıq Qarabağın qondarma “Təhlükəsizlik şurası” Rusiya Prezidenti Vladimir Putinə rəsmi məktub göndərərək Rusiya hərbçilərinin sayını artırmağa çağırıb

Azərbaycan XİN: "Konkret addımlara keçmək zamanıdır"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan Təhlükəsizlik Şurasının martın 28-də verdiyi bəyanatına münasibət bildirib.

XİN hesab edir ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir: "Məhz Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarını pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir".

Açıqlamaya görə, Ermənistan bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozub, digər tərəfdən beynəlxalq çəkindirmə mexanizmindən danışa bilməz: "Ermənistan Təhlükəsizlik Şurasının üzvləri ən yaxşı beynəlxalq çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, o zaman biz beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə riayət etmək kimi prinsipləri bir daha təkrar edirik".

Münasibətdə iki ölkə arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq məsələsinə də toxunulub: "Xatırlatmaq istərdik ki, ilk olaraq Azərbaycan tərəfi ən yüksək səviyyədə hələ bir il bundan öncə Ermənistanla sülh sazişinin imzalanması təklifini irəli sürüb və bir ay öncə Sazişin əsaslanmalı olduğu konkret prinsipləri də səsləndirib".

Azərbaycan XİN hesab edir ki, əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçmək zamanıdır: "Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır".

Qarabağdan yenidən atəş səsləri: erməni tərəfi itkilər olduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Azərbaycanın təklif etdiyi prinsiplər…

Azərbaycan bundan öncə Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı. Orada dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasından söhbət gedirdi. Habelə, dövlət sərhədinin delimitasiyası, demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışından bəhs edilirdi.

Ermənistan isə, öz növbəsində, Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, rəsmi Yerevan Bakı ilə sülh danışıqlarının təşkili üçün ATƏT-in Minsk qrupuna müraciət etməyi nəzərdən keçirir.

ATƏT-in Minski qrupu uzun müddət Qarabağ danışıqlarında vasitəçi olub. ABŞ, Rusiya və Fransa qrupda həmsədr ölkələrdir.

+++

Ermənistan Təhlükəsizlik Şurasının martın 28-də keçirilmiş müşavirəsində Qarabağdakı vəziyyət müzakirə olunub.

Baş nazir Nikol Paşinyanın ofisi yaranmış vəziyyətin son dərəcə gərgin olduğunu bildirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Təhlükəsizlik Şurası Azərbaycanın “yeni təxribatlar və Dağlıq Qarabağa hücum üçün əsaslar hazırladığını” bəyan edib.

Bu da qeyd olunub ki, Azərbaycan bu istiqamətdə hərəkətlərinə haqq qazandırmaq üçün rəsmi Yerevanı pozucu fəaliyyətdə ittiham edir.

Ermənistan Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı dərhal hərtərəfli sülh müqaviləsi üçün danışıqlara çağırmaq qərarı qəbul olunub:

“Təhlükəsizlik Şurası beynəlxalq icmanın diqqətini Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmaların baş verməsi mümkünlüyünə cəlb edərək regionda yeni hərbi eskalasiyanın və etnik təmizləmənin qarşısının alınması məqsədilə beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınmasını zəruri hesab edir”.

Xankəndində qazın kəsilməsi Rusiyanın maraqlarına uyğundur?
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Müxalifət hücuma keçir

Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan müxalifəti ölkə iqtidarının tənqidini daha da kəskinləşdirib:

“Nə üçün vaxtında lazımi qərarlar qəbul edilməyib, sərhəd tam bağlanmayıb, dinc əhalinin təhlükəsizliyi niyə təmin olunmayıb?”

Azatutyun yazır ki, bu sualları keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyan səsləndirib.

Ohanyan martın 28-də deyib ki, burda söhbət “Qarabağdakı bir-iki kənddən və ya hansısa yülsəkliklərdən yox, Azərbaycanın qarabağlılar üzərinə daimi basqı siyasətindən” gedir:

“Bütün məsələlərə aydınlıq gətirilməli idi: Müdafiə ordusu hansı vəzifələri yerinə yetirir, sülhməramlıların vəzifəsi nədir. Bu yerlər, dəlmə-deşik bağlanmalı idi. Ermənistan ordusu, özünümüdafiə ordusu təcili qərarlar qəbul etmək, silahlı qüvvələrə ehtiyatları cəlb etmək, sərhəddə normal vəziyyət yaratmaq imkanına malikdir. Bu o deməkdir ki, ya bu onlardan tələb olunmur, ya da onlar Ermənistan Respublikasının hakimiyyətindən real, aydın əmrlər almayıblar”.

“Hər şeyi ucadan deməzlər”

Parlamentdə “Vətəndaş müqaviləsi” iqtidar fraksiyasının katibi Artur Hovannisyan bu ittihamları rədd edib.

O deyib ki, hakim partiya hazırda bu barədə “ucadan danışmamağa” üstünlük verir: “bizi ölkə xaricində də eşidirlər”.

Hovannisyan deyib ki, hazırda bütün məsələlər diqqətlə öyrənilir:

“Hazırkı vəziyyətdə mən şərhlərdən və rəy verməkdən çəkinmək istərdim, çünki müvafiq təhqiqat hələ başa çatmayıb. Hadisələr Rusiya sülhməramlılarının məsuliyyəti zonasında baş verib”.

Lakin Seyran Ohanyan bildirib ki, erməni qüvvələri Azərbaycan silahlı qüvvələrinin çəkilməsindən 100 faiz əmin olmadan Fərrux yüksəkliyindən getməməli idi.

O hakimiyyəti “sadəlövh” olmamağa, Azərbaycanın “rəqibdən qonşu ölkəyə çevriləcəyinə” inanmağa çağırıb.

Lakin Ermənistanın iqtidar partiyasından olan millət vəkilləri “sülh erasına” alternativin olmadığını, Azərbaycanınsa bu prosesə mane olduğunu bildirirlər.

Azərbaycan Ermənistanın bəyanatına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Qarabağda vəziyyətlə bağlı bugün, martın 28-də verdiyi bəyanatına münasibət bildirib.

Qurum hesab edir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bəyanatı tamamilə həqiqətdən uzaq və iftira xarakterlidir:

“Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib”.

Açıqlamaya görə, Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirməməkdə ittiham edən Ermənistan, münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir:

“Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.”

Bildirildiyinə görə, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin bölgədən çıxarılmasına aiddir.

İdarə hesab edir ki, Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması qarşı tərəfin əsl niyyətini ifşa edir:

“30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?!”

Açıqlamanın sonunda deyilir:

“O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib”.

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ermənistan XİN Azərbaycan bölmələrinin mövqeyini dəyişmədiyini deyir

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında qaldığını bildirir. Nazirlik bəyanatına xəritələri də əlavə edib.

“Müdaxiləni dayandırmaq üçün konkret addımlar atacağını gözləyirik”

“Rusiyanın Müdafiə Nazirliyi martın 27-də bildirib ki, Azərbaycan öz bölmələrini Dağlıq Qarabağda Fərrux yaşayış məntəqəsindən çıxarıb. Biz isə məcbur olaraq qeyd etməliyik ki, Azərbaycan silahlı bölmələrinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına müdaxiləsi davam edir və bu, əlavə edilmiş xəritələrdə görünür. Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhyaratma qüvvələrinin ...müdaxiləni dayandırmaq üçün konkret addımlar atacağını, Azərbaycan silahlı qüvvələrini məsuliyyət zonasından çıxaracağını gözləyirik”, – Ermənistan XİN bildirir.

Martın 24-də Azərbaycanın Ağdam rayonu ilə hazırda Rusiya hərbçilərinin nəzarətində olan Əsgəran rayonunun Fərrux və Pirlər kəndində vəziyyət gərginləşib. Ermənistan Azərbaycan qüvvələrinin təmas xəttini pozduğunu deyir. Azərbaycan isə öz ərazisində dislokasiya apardığını bildirir.

Dağlıq Qarabağdakı rejim 3 silahlının öldürüldüyünü, 15-nin yaralandığını bildirir. Rəsmi Bakı hər hansı itki verdiyini açıqlamayıb.

Rusiya MN ilə söz atışması

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonuna nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə 2 minədək Rusiya hərbçisi yerləşdirilib. Son baş verənlərdən dolayı Dağlıq Qarabağın qondarma “Təhlükəsizlik şurası” Rusiya Prezidenti Vladimir Putinə rəsmi məktub göndərərək Rusiya hərbçilərinin sayını artırmağa çağırıb.

Rusiyanın Müdafiə Nazirliyi martın 27-də bildirib ki, danışıqlar nəticəsində Azərbaycan tərəfi Fərrux ərazisindən bölmələrini çıxarıb. Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyini bildirib. Nazirlik Rusiya ilə Azərbaycanın bu ilin fevralında imzaladığı Müttəfiqlik Bəyannaməsini yada salır. Həmin sənəddə vurğulanır ki, Rusiya ilə Azərbaycan öz münasibətlərini iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururlar.

Bundan öncə isə Rusiya MN Azərbaycan silahlı qüvvələrini 9 noyabr atəşkəs razılaşmasını pozmaqda ittiham etmişdi. Azərbaycan bunu təkzib edib, martın 26-sı səhər saatlarında regiondakı qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribata cəhd göstərdiyini bildirib.

XS
SM
MD
LG