Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:07

'Azərbaycan ərzağa olan tələbatının yalnız yarısını ödəyə bilir'


Illüstrasiya
Illüstrasiya

►"60 tona yaxın buğda yığmışam, ancaq yığmağa bir yer, anbar yoxdur"

Salyanın Kürqaraqaşlı kəndinini sakini Elçin Əzizov atadan-babadan torpağa can verib.

Deyir, ailəsinin ərzaq ehtiyatını həmişə torpağından çıxarıb. İndi də əkin-biçinin qızğın vaxtıdır. Taxılını biçib. Alnının tərini qatdığı torpağını boş qoymamaq, daha da bərəkətləndirməkdən ötrü qarğıdalı da əkmək istəyib. Ancaq indiki şərtlər ona əl vermir:

Elçin Əzizov: Dərdimizi deməyə adam yoxdu
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

“Lazım olan texnika, yardım olsa, nə var ki. Bu torpaq qızıldır. Nə olardı ki, səlahiyyətli qurumlar gəlib bu kəndliylə də maraqlansaydı, soruşsaydı ki, “ay bala, necə əkirsən, necə biçirsən”, bir az yardım göstərsəydi... Tutaq ki, lizinq yolu ilə bir yük maşını almaq istəyirəm. Ya da arpa, buğda, qarğıdalı əkib istehsala yönəltmək istəyirəm, yem istehsal etmək istəyirəm. Avadanlıq almaq istəyirəm, amma dərdimizi deməyə bir adam yoxdur. Ya da 60 tona yaxın buğda yığmışam, ancaq yığmağa bir yer, anbar yoxdur”.

Elçin deyir ki, yaşadığı kənddə kolxoz dövründəki torpaq da həminkidir, adamlar da. Amma o dövrdəki məhsuldarlıq yoxdur. Düzdür, yenə torpağa can qoyanlar məhsul götürür. Di gəl, kəndlilərin məhsuldarlığı artırmağa, bazarı təmin etməyə şəraitləri, köməkləri yoxdur.

____________________________________________________________

Bunlara da bax:
Almaniya polisi kinoteatrdakı şübhəlini güllələyib
Lənkəran sakinləri: Əllərini Nizaminin heykəlindən çəksinlər

____________________________________________________________

113 ölkə arasında 57-ci

Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi indeksi üzrə 113 ölkə arasında 57-ci yerdədir.

“The Economist İntelligence Unit” beynəlxalq təşkilatının məlumatına görə, Azərbaycan 100-dən 57,1 bal toplayıb. Bu göstərici ilə Misir və Vyetnamla qonşudur. Postsovet məkanında (Baltikyanı ölkələr istisna olmaqla) Belarus liderdir. Bu ölkə 46-cı yerdə qərarlaşıb.

“Heç bir göstərici üzrı lazımi qədər qidalana bilmirik”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, hazırda ölkədə ərzaq, kənd təsərrüfatı məhsullarına tələbatın yalnız 40-45 faizi ödənir. Yerdə qalan idxalın üzərinə düşür. Ona görə də vəziyyət çətindir:

Vahid Məhərrəmov: Biz heç bir göstərici üzrə lazımi qədər qidalana bilmirik
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

“Hələ rəsmi statistikanı deyirəm. Bu ilin 5 ayında ət idxalı 31 faiz, kərə yağı 37, meyvə-tərəvəz idxalı 35 faiz, çay idxalı 67 faiz, bitki yağı idxalı 14 faiz, şəkər idxalı 28 faiz artıb. Son 5 ayda isə ölkəyə 556 min ton buğda idxal olunub. Bu, bizim 5 aylıq ərzaq buğdasına tələbatımızın 100 faiz ödənilməsi deməkdir. Yəni tələbatın 100 faizi idxalın hesabına ödənilir. Digər tərəfdən də ixracımız azalır. Çay ixracı 70, bitki yağı ixracı 82, şəkər ixrac 53 faiz azalıb. Meyvə tərəvəz ixracı ona görə atrıb ki, ölkəyə beş ayda 186 min ton meyvə-tərəvəz idxal olunub. Bunun 107 min tonu ixrac olunub. Demək olar ki, əsas kənd təsərrüfatı məhsullarının istehsalında çox ciddi geriləmələr var. Ölkə də beynəlxalq normaya uyğun qidalanmır. Beynəlxalq normada bir adam illik 80 kq ət yeməlidir. Bizdə bu 35 kq-dır. Süd 360 litr olmalıdır, bizdə 280 litrdir. Bir insan üçün yumurta norması 280 ədəddir, bizdə bu rəqəm 140-dır. Biz heç bir göstərici üzrə lazımi qədər qidalana bilmirik”.

“İkisindən pisiksə, beşindən yaxşıyıq”

Ancaq ərzaq məsələləri üzrə ekspert Babək Tatlıyev ölkənin ərzaq təhlükəsizliyi indeksinin heç də pis səviyyədə olduğunu düşünmür:

Babək Tatlıyev: Ərzaq təhlükəsizliyi anlayışı hər bir sakinin istənilən anda istənilən ərzaq məhsulu ilə təmin olunması deməkdir
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

“Ərzaq təhlükəsizliyi anlayışı hər bir sakinin istənilən anda istənilən ərzaq məhsulu ilə təmin olunması deməkdir. Durum çox da pis deyil, məsələn, dünya ölkələri ilə müqayisə etsək, qənaətbəxşdir. Bizdən çox pis vəziyyətdə olan ölkələr var. Əlbəttə, bizdən yaxşı olanlar da var. Ancaq onların sayı çox deyil. Bu gün Azərbaycanın inkişaf səviyyəsi ərzaq təhlükəsizliyi indeksinə uyğundur. Sözsüz ki, sonuncu devalvasiya buna təsirini göstərdi. Çünki devalvasiyanın arxasınca inflyasiya gəlir, o cümlədən də, ərzaq məhsullarının bahalaşması. Ola bilsin ki, “The Economist İntelligence Unit” təşkilatının rəqəmləri elə həqiqətə uyğundur”.

Vahid Əhmədov
Vahid Əhmədov

Babək Tatlıyev hesab edir ki, ərzaq təhlükəsizliyinin hazırkı durumuna görə, yaxın gələcəkdə də Azərbaycanda aclıq qorxusu yoxdur.

Əsas problem ərzaq buğdasıyla bağlıdır

Parlamentin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov beynəlxalq təşkilatların rəqəmlərinə o qədər də inanmadığını söyləyir.

Vahid Əhmədov: Hələlik, biz bu rəqəmə gəlib çatmamışıq
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Millət vəkili dövlətin ərzaq təhlükəsizliyi və qeyri- neft sektoruna xüsusi diqqət ayırdığını vurğulayır. Deyir ki, düzdür, dövlət ərzaq təhlükəsziliyi ilə o vaxt təmin olunmuş sayılır ki, heç olmasa, özünü 80 faiz ərzaqla təmin etsin:

“Hələlik, biz bu rəqəmə gəlib çatmamışıq. Müəyyən ərzaq məhsulları ilə əlaqədar bu rəqəm var. Amma əsasən taxılla, digər ərzaq məhsulları ilə bağlı müəyyən problemlər mövcuddur. Bu sahədə də iş gedir. Ümumi götürəndə, Azərbaycan müəyyən qədər ərzaq idxal edir. Ancaq bununla bərabər ixrac da edirik. Misal üçün, keçən illə müqayisədə bu ilin 5 ayında 3-4 dəfə artıq meyvə-tərəvəz ixrac etmişik. Məndən ötrü ciddi problem ərzaq buğdasının təşkil edilməsidir. Bunu da müəyyən qədər özümüz istehsal edirik. Ancaq tam təmin edə bilmirik”.

Astara, çəltik sahəsi
Astara, çəltik sahəsi

“Ucuz alıb baha satırlar”

Kürqaraqaşlı kəndinin sakini Elçin Əzizov isə problemi kəndliyə yaradılan əngəllərdə görür:

“Bizim insanlar zəhmətkeşdir, torpağımız verimlidir. Ancaq ölkədə ərzaq buğdasınınistehsalı monopolistlərə sərf eləmir. Çünki gedib aşağı növ buğdanı ucuz qiymətə xaricdən alırlar. Burda gətirib baha satır. İslahatlara da ciddi müqavimətlər var”.

Elçin deyir ki, 14 hektarlıq torpağa əkdiyi taxıldan 56 ton məhsul götürüb. Şərait və maneələr olmasaydı, daha bol məhsul əldə edərdi:

“Əgər mənim monopolistlər haqda dediklərim səhvdirsə, qoy onda imkan yaratsınlar, kəndli də bacarığını ortaya qoysun”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun

Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan
Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 23 iyun

Keçmiş bankirin xanımı növbəti qalmalqalda

XS
SM
MD
LG