Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:47

'Faizləri artırmağın zamanı gəlib'


Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi

ABŞ Mərkəzi Bankında – Federal Ehtiyat Sistemində (ingiliscə qısa adı – FED) faiz artımını dəstəkləyənlərin sayı artır. FES-in Kanzas-Siti şöbəsinin rəhbəri Esther George ABŞ-ın CNBC kanalına açıqlamasında son iki ayda məşğulluqdakı artıma diqqət çəkib. O, ABŞ iqtisadiyyatında əməkhaqqı artımının ola biləcəyini, bunun da istehlakı artıracağını vurğulayıb.

MƏRHƏLƏLİ ARTIM

Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə hüququ olan E.George iqtisadiyyatın bu ilin ilk yarısında ləng böyüdüyünü, ancaq istehlakda mümkün artımla ikinci yarımildə böyümənin baş verəcəyini bildirib.

Onun fikrincə, ikinci yarımildə ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma gətirəcək: «Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli yüksəldilməsinin tərəfdarıyam. Amma bundan ötrü məşğulluğun daha da artması və inflyasiyanın sabit qalması vacibdir».

Buna da bax-'Dollar bahalanmaqda davam edəcək'

YELLEN ÇIXIŞ EDƏCƏK

FED-in Dallas şöbəsinin rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayıb. O, tələbatın artması sayəsində bu ilin ikinci yarısında ABŞ-da ÜDM-nin yüksələcəyini bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R.Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.

Hazırda isə bütün diqqət FED sədri Janet Yellen-in avqustun 26-da ABŞ-ın Vayominq ştatında İqtisadiyyat Siyasəti Simpoziumunda edəcəyi çıxışa yönəlib. Onun bir sonrakı faiz artımının vaxtına işarə edəcəyi gözlənir.

FED ən son keçən ilin dekabrında uçot dərəcəsini artırdı. Bundan bir neçə gün sonra manat dollara qarşı il ərzində ikinci dəfə dəyər itirdi.

XS
SM
MD
LG