Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:02

FIFA vasitəsilə Putinə və Kadırova təzyiq


Oyub Titiyev
Oyub Titiyev

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı dünya futboluna rəhbərlik edən qurumdan Rusiyada, yoldaşlarının dediyinə görə saxta narkotik ittihamı ilə saxlanmış çeçen insan haqları müdafiəçiəsi Oyub Titityevin azad olunmasında köməklik göstərməsini rica edib.

HRW mayın 3-də bildirib ki, FIFA iyunun 14-də başlanacaq 2018-ci il Dünya Kuboku yarışlarının ərəfəsində ixtiyarında olan “təsir imkanından” Titiyevin qeyd-şərtsiz azad olunmasına kömək üçün istifadə edə bilər.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Rachel Denber deyib: “Təqdirəlayiqdir ki, FIFA bu yaxınlarda öz fəaliyyətində insan haqlarının rəhbər tutulmasına dair siyasət xəttini qəbul edib. İndi Dünya Kubokunun startına bir neçə həftə qalmış, əsl oyun vaxtıdır. Söhbət Oyub Titiyevin azadlığından gedir və FIFA əlində olan təsir imkanından ən yüksək səviyyədə istifadə etməlidir”.

HRW bu barədə məktubunda FIFA prezidenti Gianni Infantinonu Rusiya prezidenti Vladimir Putindən Titiyevin azad olunmasını şəxsən xahiş etməyə çağırır.

Bundan əvvəl, mayın 2-də Amnesty International Titiyevin “dərhal və qeyd-şərtsiz” azad olunmasını tələb etmişdi.

Çeçenistan Ali Məhkəməsi Titiyevin apellyasiyasına mayın 3-də baxmalı idi.

Titiyevin azad edilməsinə Qərb hökumətləri də çağırıblar.

60 yaşlı Titiyev Rusiyanın insan haqları təşkilatı Memorial-ın Çeçenistan filialının rəhbəridir.

O yanvarın 9-da marixuana ittihamı ilə saxlanıb.

Çeçenistanın hakimiyyət orqanları narkotik maddənin Titiyevin maşınından tapıldığını deyirlər.

HRW deyib ki, Memorial Çeçenistan ərazisində salamat qalmış sonuncu insan haqları təşkilatıdır və yerli hakimiyyət onun bağlanmasına çalışır.

Əgər təqsirli bilinərsə, Titiyevi 10 illik həbsxana cəzası gözləyir.

XS
SM
MD
LG