Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:55

Gürcüstanın Avropaya vizasız çıxışına təhdid yaranıb


Christophe Castaner və Giorgi Gakharia
Christophe Castaner və Giorgi Gakharia

Gürcüstanın JAM News saytının verdiyi xəbərə görə, Fransanın daxili işlər naziri deyib ki, çox sayda Gürcüstan vətəndaşının sığınacaq istəməsi vizasız gediş-gəlişə əngəllər yarada bilər.

«Gürcüstana təhqir»

Nazir Christophe Castaner Gürcüstana rəsmi səfəri zamanı bildirib ki, Gürcüstan vətəndaşlarının qanunsuz miqrasiyası iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan əsas problemdir. Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, Gürcüstanın Avropaya azad çıxışı məsələsinə yenidən baxıla bilər.

Gürcüstan hökuməti buna yol verməmək üçün Fransa miqrasiya əməkdaşlarını öz ərazisinə buraxmağa hazırdır.

Nazir gürcü həmkarı ilə görüş zamanı vurğulayıb ki, Gürcüstan heç bir müharibənin olmadığı təhlükəsiz ölkədir, buna görə də bu qədər çox adamın sığınacaq istəməsi qəbuledilməzdir və «Gürcüstana təhqirdir».

«Əgər biz bu gün bunun üzərində işləməsək, sabah Gürcüstanın Avropaya azad çıxışına məhdudiyyət qoyula bilər», – Christophe Castaner deyib.

Castaner daha sonra Gürcüstanla əməkdaşlıq davam etdiyinə görə vizasız rejimə son qoyulmasını müzakirə etmədiyini, ancaq belə bir ehtimalın olduğunu söyləyib.

Gürcüstanda toy-bayramdı
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Miqrasiya əməkdaşları birbaşa uçuşlara nəzarət edəcək

Gürcüstan vətəndaşlarının Fransada sığınacaq istəməsi hallarının artdığını Gürcüstanın daxili işlər naziri Giorgi Gakharia da təsdiqləyib. O, hökumətin bu problemin həlli üçün konkret planının olduğunu deyib.

Gakharia həmçinin bildirib ki, Gürcüstan vətəndaşlarına vizasız gediş-gəliş hüququnun verilməsindən sonra sığınacaq istəyənlərin sayının artacağı təbii və əvvəldən gözlənilən prosesdir.

«Vizasız səyahət imkanı Gürcüstanın son bir neçə 10 ildə əldə etdiyi əsas nailiyyətidir. Bu uğuru qoruyub saxlamağın ölkəmizdə demokratiyanın inkişafı üçün nə demək olduğunu anlayan həmkarlarımıza təşəkkür etmək istərdik», – deyə nazir bildirib.

Giorgi Gakharia-nın deməsinə görə, problemin həlli üçün gürcüstanlı miqrasiya əməkdaşlarının Fransada, fransalı miqrasiya əməkdaşlarınınsa Gürcüstanda çalışacağı haqda razılaşma əldə edilib.

Miqrasiya əməkdaşları bilavasitə iki ölkə arasında birbaşa uçuşların olduğu məkanlarda yerləşdiriləcək.

Gakharia bu növ tədbirlərin sığınacaq istəyənlərlə bağlı riskləri önləmək baxımından zəruri olduğunu bildirib.

Bu praktika artıq bu ilin aprelindən Avstriya ilə Gürcüstan arasında mövcuddur. Kutaisi hava limanından Vyanaya reys açılandan sərnişinlər Avstriyaya çatdıqdan sonra sərhəd təhlükəsizliyi agentliyi tərəfindən yoxlanılır.

Gürcüstan azərbaycanlıları: 'Avropaya vizasız getmək gözəldi'
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Gürcülər Fransanı seçirlər

2019-cu ilin yanvarında Gürcüstandan gedib Fransada sığınacaq istəyən şəxslərin sayı 920 nəfər olub. Bu rəqəm 2018-ci ilin yanvarı ilə müqayisədə iki, 2017-ci ilin eyni ayı (o zaman hələ vizasız rejim işə düşməmişdi) ilə müqayisədə dörd dəfə çoxdur.

Hazırda Gürcüstandan Avropaya gedərək sığınacaq istəyənlər, əsasən, Fransanı seçirlər. İkinci yerdə Almaniyadır. Ancaq Almaniyada sığınacaq istəyənlərin sayının azaldığı bildirilir. 2018-ci ilin yanvarında 755 Gürcüstan vətəndaşı bu ölkədən sığınacaq istəyibsə, 2019-cu ilin ilk ayında bu say 550 olub.

Avropanın statistika qurumu olan Avrostat-ın məlumatına görə, 2018-ci ildə 17 min 980 Gürcüstan vətəndaşı Avropa Birliyindən sığınacaq istəyib. Bu say müraciətçilərin ümumi sayının 3%-ni təşkil edir. Bu sayın 2017-ci ilin rəqəmlərindən 11% az olduğu bildirilir.

«Avropa Birliyində sığınacaq istəyənlər arasında Gürcüstan vətəndaşları 10-cu yeri tutur. Fransa, İrlandiya, Çexiya, Danimarka və Lixtenşteyndən sığınacaq istəyənlər arasında Gürcüstan vətəndaşları ilk üçlükdə yer alıb. Avropa Sığınacaq Bürosunun (EASO) verdiyi məlumata görə, Gürcüstandan gedib Avropa Birliyi ölkələrindən sığınacaq istəyən şəxslərin sayı 2017-ci ildə 2016-cı ilə nisbətən 35% artıb», – JAM News saytı yazır.

XS
SM
MD
LG