Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:35

İcra başçısının köməkçisi məhkəmə zalında həbs olundu


Vahid İsayev
Vahid İsayev

2016-2022-ci illərdə Göyçayın icra başçısı vəzifəsində çalışan Mehdi Səlimzadənin köməkçisi olmuş Vahid İsayev məhkəmə zalında həbs olunub. O, fevralın 6-da Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

İsayev icra başçısının köməkçisi olduğu dövrdəki fəaliyyətinə görə cəzalandırılıb. O, rüşvət verməyə təhrikdə təqsirli bilinib.

Vəzifədə qalıb işləməkdən ötrü rüşvət

Mehdi Səlimzadə 2022-ci ilin fevralında icra başçısı vəzifəsindən azad ediləndən sonra Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar başlamışdı. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının araşdırmaları nəticəsində Vahid İsayevlə yanaşı, icra başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi olmuş Rəşad Şükürov da həbs olunmuşdu. Şükürov bu vəzifədən öncə icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.

Keçmiş köməkçi və icra nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma kimi əməllərdə ittiham olunurdu. Cinayət işinin materiallarında iddia olunurdu ki, İsayev və Şükürov müxtəlif şəxslərdən vəzifədə qalıb işləyə bilmələrindən ötrü rüşvət alıb.

İttihamlar dəyişdirilib

Təxminən iki ay sonra onların hər ikisi ev dustaqlığına buraxıldılar. İstintaqın sonunda isə onlara verilən ittihamlar da dəyişdi. Rüşvət və vəzifədən sui-istifadə ittihamları dələduzluq və rüşvət verməyə təhriklə əvəzlənib.

Təqsirləndirilən şəxslərin aldığı iddia olunan vəsait tam şəkildə, üstəlik, onun 25 faizi dövlət nəfinə ödənildiyinə görə hökm çıxarılarkən dələduzluq ittihamına xitam verilib. Rüşvət verməyə təhrik ittihamı ilə İsayev 4 il azadlıqdan məhrum edilib. Şükürovun isə himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq ona şərti cəza verilib.

Mehdi Səlimzadə 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. O, 2016-cı ilin iyunundan 2022-ci ilin fevralına qədər Göyçayın icra başçısı vəzifəsində çalışıb.

XS
SM
MD
LG