Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:16

11 ilin hakimi pensiya işləri ilə bağlı özü hakim qarşısında


Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin

Sumqayıt şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudov özü indi məhkəmə qarşısına çıxarılıb. 11 il hakim vəzifəsində çalışmış Mahmudovun işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır.

243 min manatlıq ziyan

Oktyabrın 31-də keçmiş hakimin işi üzrə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. Orada iddia edilir ki, Mahmudov Sumqayıtda hakim işlədiyi 2008-2019-cu illər ərzində mülki mübahisələrə, özəlliklə əmək, pensiya məsələləri ilə bağlı işlərə baxanda iddiaçı tərəf olan vətəndaşların xeyrinə qərar çıxarmaq üçün yalan məlumatlardan istifadə edib. Söhbət ümumilikdə 25 haldan gedir. İttihama əsasən, hakim bu qərarlardan bir neçəsinin qarşılığında rüşvət alıb.

Sabiq hakimin işində zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tanınıb. Cinayət işinin materiallarında iddia olunur ki, Mahmudovun çıxardığı qətnamələr sayəsində xeyli adama əsassız olaraq pensiya təyin edilib. Həmin şəxslər illərlə təqaüd alıblar. Nəticədə nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna 243 min 441 manat ziyan dəyib.

İttihamla razı deyil

İttihama münasibət bildirən Mahmudov orada yazılanlarla razılaşmayıb. Keçmiş hakim deyib ki, özünü qətiyyən təqsirli bilmir. Onun sözlərinə görə, qərar verərkən nə bilərəkdən yalan məlumatlardan istifadə edib, nə də ədalətsiz qərarlar çıxarıb.

Hakimin sözlərinə görə, hansısa dövlət orqanı, o cümlədən Dövlət Sosial Müdafiə Fondu qərardan narazı qalıbsa, yuxarı instansiya məhkəməsinə şikayət edə bilərdi. Yuxarı instansiya məhkəmələri (apellyasiya məhkəməsi, Ali Məhkəmə) pozuntu varsa, aradan qaldıra bilərdilər.

Mahmudov CM-in 295 (bilə-bilə ədalətsiz hökm, qərar çıxarma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bu maddələrdə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

O, 1993-cü ildən 2008-ci ilə kimi Ali Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi olan Mahmudovun səlahiyyətlərinə 2019-cu ildə - səlahiyyət müddəti başa çatmadan xitam verilib.

XS
SM
MD
LG