Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

AzərTAC zəhərlənənlərin 80-ə yaxın, digər mənbələr isə çox olduğunu deyir -yenilənir


Pambıq tarlası
Pambıq tarlası

İmişlidə zəhərlənən pambıqçıların sayının rəsmi açıqlanan rəqəmlərdən çox oldğu bildirilir.

Bu gün, iyunun 19-daİmişli Rayon Mərkəzi Xəstəxanasının palatalarında, dəhliz və həyətdə müayinə məqsədi ilə müraciət edən onlarla pambıqçı gözə dəyib .Ərazi bir növ qələbəlik olub. Xəstəxanaya müraciət edənlərin günəmuzd əsaslarla çalışan yerli sakinlər olduğu bildirilir. Bəzilərində qicolma, qusma, ürəkbulanma kimi əlamətlər müşahidə olunur.

Evə buraxılanlardan...

Verilən məlumata görə, xəstəxanaya müraciət edənlərin sağlıq durumu fərqlidir. Bəzilərinin durumunun ağır, bəzilrinki yüngül qiymətləndirilir. Bu gün, iyunun 19-da günün birinci hissəsi evə buraxılan pambıqçılar da olub. Ancaq onların bəzilərinin sağlığında yenidən problem yarandığından yenidən xəstəxanaya, palatalara yerləşdirildiyi deyilir.

Azərbaycan, İmişli rayon xəstəxanasının qarşısı,19 iyun 2018
Azərbaycan, İmişli rayon xəstəxanasının qarşısı,19 iyun 2018

Üstəlik, pambıqçılara yardım göstərən bəzi tibb işçilərinin də səhhətində problemlərin yarandığı söylənir

İmişli Rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev və fövqəladə hallar nazirinin müavinləri də İmişli Rayon Mərkəzi Xəstəxanasına gəliblər.

İcra başçısı: Yüngül baş gicəllənmə...

İmişli Rayon İcra Hakimiyyətinin başçısı V. Hacıyev APA-ya deyib ki, fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb.

“Yaxınlıqdakı digər sahə dərmanlanıb. Həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır. Sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib. Ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər", icra başçısı bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər.

“Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək”, nazirlik rəsmisi qeyd edib.

Hadisə baş verəndən bir müddət sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov İmişli rayonunda olublar.

10 saatlıq işə 10 manat

Zərərçəkənlərin dediyinə görə, hər gün, bayram və həftə sonları da daxil olmaqla gündəlik 10 saatlıq işə görə onlara 10 manat pul ödənilir.

İmişli rayon xəstəxanasının həyəti, 19 iyun 2018
İmişli rayon xəstəxanasının həyəti, 19 iyun 2018

***

Azərbaycanın rəsmi dövlət Agentliyi AZƏRTAC İmişlidə pambıq tarlasında zəhərlənənlərin 80 nəfərə yaxın olduğunu bildirir.

"İmişli rayonunda pambıq sahəsində becərmə işləri aparan işçilər arasında kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin sayının 80-ə yaxın olduğu bildirilib.

AZƏRTACın ın bölgə müxbiri xəbər verir ki, zəhərlənənənlər rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır".

***

İmişlidən olan deputat pambıq tarlasındakı zəhərlənmədən danışdı.

“İlkin məlumatlara görə, zəhərlənənlərin sayı təxminən 45 nəfərdir”


Bunu Milli Məclisin 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatı Çingiz Qənizadə bildirib:

“Baş həkimlə əlaqə saxlamışam. Ehtimal olunur ki, fəhlələr alaq əleyhinə vurulan kimyəvi maddədən zəhərləniblər. Zəhərlənənlərin heç birində ciddi əlamət yoxdur, yüngül ürək bulantısı var”.

Deputatın sözlərinə görə, müraciət edənlərin hamısına sistem köçürülüb və evlərinə buraxılıb. Amma O, müraciət edəbnlərin sayının aratcağını da istisna etməyib.

Çingiz Qənizadə, Bakı, 21 dekabr 2010
Çingiz Qənizadə, Bakı, 21 dekabr 2010

Ç.Qənizadə son 10 gündə pambıq tarlalarında analoji olaraq üçüncü kütləvi zəhərlənmə hadisəsəinə şərh verərək deyib ki, ölkəyə gətirilən kimyəvi maddələrin tərkibi ən yüksək səviyyədə araşdırılmalıdır.

Deputatın fikrincə, onun normadan artıq vurulmasına göstəriş verən hər bir şəxs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir:

“ Biz insanlarımızın həyatı, sağlamlığı ilə hansısa pambıq və ya kənd təsərrüfatı məhsulunun xatirinə oynaya bilmərik”, deputat vurğulayıb.

***

Baş həkim 40 nəfərə yaxın olduğunu deyir

Onlarla şəxsin xəstəxanaya gətirilməsini İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayev də təsdiqləyib.

“40 nəfərə yaxın adamdır. Zəhərlənmə dedikdə elə bir ciddi şey yoxdur, bi az narahatlıqları var, bir az da təlaşa düşüblər”.

Ancaq C.Paşayev əlavə sullara cavab verməyib. O xəstələrin yanına tələsdiyini bildirərək, telfonunu söndürüb.

***

Bu gün, iyunun 19-da İmişli rayonunda da pambıq sahəsində çalışan fəhlələrin kütləvi zəhərləndiyi bildirilir.

İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Buna da bax: Pambıq tarlasında yendən kütləvi zəhərlənmə olduğu bildirilir

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər:

"Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bu son həftələr Azərbaycanda pambıq tarlasında üçüncü kütləvi zəhərlənmə ilə bağlı yayılan məlumatdır.

Xatırlatma

Bu günlərdə Tərtər və Saatlı rayonlarında da pambıq sahəsində kütləvi zəhərlənmə baş verib. Tərtər rayonunda iyunun 16-da 14 nəfərin zəhərləndiyi, onlardan 4 nəfərin Yevlax Rayon Mərkəzi Xəstəxanasında Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Buna da bax: Pambıq tarlasında zəhərlənməyə görə cinayət işi açılıb

İyunun 10-da isə Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Onlardan 8 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya gətirilmişdi.

Üstəlik bildirildi ki, zəhərlənən qadınlardan birinin körpəsi və körpəyə baxan bir qadının da səhəti pisləşib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

XS
SM
MD
LG