Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 01:30

İngiltərə oyunçularının internetdə irqi zəmində təhqir olunması pislənir


İtaliya yığması qələbəni qeyd edir
İtaliya yığması qələbəni qeyd edir

İngiltərənin Futbol Assosiasiyası (FA) iyulun 12-də ölkə yığmasının 2020-ci il Avropa Çempionatının finalında 11 metrlik zərbələrdə məğlub olmasından sonra internetdə komandanın oyunçularının irqi zəmində təhqir olunmasını pisləyən bəyanat yayıb.

Oyunun əsas və əlavə hissələri 1-1 heabı ilə başa çatdıqdan sonra təyin edilən 11 metrlik zərbələr yarışında İtaliya komandası 3-2 hesabı ilə qalib gəlib.

Reuters yazır ki, İngiltərə tərəfindən 11 metrlik zərbələrlə qol vura bilməyən üç oyunçu - Markus Raşford, Ceydon SançoBukayo Sako qaradərilidirlər.

Bəyanatda deyilir ki, federasiya irqi-ayrıseçkiliyin bütün təzahürlərini pisləyir və sosial mediada İngiltərə komadasının bəzi oyunçularının iqrçi təhqirlərə məruz qalmasından sarsıntı keçirir:

"Biz aydın şəkildə bildiririk ki, bu cür iyrənc davranışı olan heç bir kəs komandamızın azarkeşi ola bilməz. Biz öz futbolçularımızı dəstəkləməklə yanaşı məsuliyyət daşıyan şəxslərin ən sərt şəkildə cəzalandırılmasını tələb edirik”.

İngiltərə komandası da öz bəyanatında oyunçuların üzərinə irqçi hücumları pisləyib:

"Biz formanın şərəfini qorumaq üçün bu yay əlindən gələni etmiş komanda üzvlərimizidən bəzilərinin oyundan sonra internetdə təhqir olunmasından ikrah hissi keçiririk”.

Twitter tədbirlərə başlayıb

Twitter bildirir ki, bununla əlaqədar minədək tviti pozub və İngiltərə oyunçularını təhqir edən xeyli sayda istifadəçinin hesabları bağlanıb:

"Son 24 saat ərzində avtomatik axtarış sistemimiz, habelə əməkdaşlarımız 1000-dək tviti silmiş və qaydalarımızı pozmuş şəxslərin hesablarlını bağlamışlar. Biz qaydalarımızı pozan tvitləri və hesabları aşkar etmək istiqamətində səylərimizi davam etdirəcəyik”.

Twitter qeyd edir ki, bu prosesdə futbol icmasındakı partyorlarla əməkdaşlıq edəcək.

İngiltərə yığmasının keçmiş müdafiəçisi Rio Ferdinand futbolçuların təhqir edilməsini “rüsvayçılıq” adlandırıb:

"Oyundan dərhal sonra sosial merdia platformaları irqçilik üçün zəhərli meydana çevrildi. Bu nadan və qorxaq siçovulların iyrənc hisslərini saçmasına imkan verdi”.

Baş nazir də danışdı

Britaniya polisi sosial media platformalarındakı postları təhqiq edəcəyini deyib:

"Biz futbolçulara ünvanlanmış xeyli sayda təhqiramiz və irqçi şərhləri müəyyənləşdirmişik. Belə təhqirlər qeyri-məqbuldur, onlara dözümsüzklük göstəriləcəkdir”.

Vaş nazir Boris Condon deyib ki, “İngiltərə komandası irqçi təhqirlərlə üzləşməyə yox, qəhrəman kimi alqışlanmağa layiqdir”.

Bu arada Arsenal öz oyunçusu Sakaya, Manchester United isə Raşforda dəstəklərini bildiriblər.

Arsenal komandasının tvitində deyilir:

“Futbol qəddar da ola bilir. Lakin biz sənin təmkin və igidliyinlə fəxr edirik. Səni səbirsizliklə gözləyirik”.

United klubu da Raşfordu dəstəkləyən tvit yazıb.

XS
SM
MD
LG