Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:07

İnterneti zəif ölkədə yüksək texnologiya söhbəti (VIDEO)


Tələbələr nədən nədən zəhərlənirlər? Rəsmilər nə deyir?
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

Tələbələr nədən nədən zəhərlənirlər? Rəsmilər nə deyir?

Paytaxt Bakıda “Bakutel 2019” sərgisi keçirilir. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dekabrın 3-də sərginin açılış mərasimindəki çıxışında Azərbaycanda bu sahənin inkişafından, görülən işlərdən danışıb.

O bildirib ki, ölkədə informasiya texnologiyaları və innovasiyanın tətbiqi genişlənib.

Amma bizimlə müzakirələrə qatılan yerli müstəqil ekspertlər Azərbaycanda nəinki yüksək texnologiyanın, keyfiyyətli internetlə təminatın belə problem olaraq qaldığı fikrindədirlər.

Yenə də lənətə gəlmiş monopoliya

Bu ekspertlərdən biri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, problem inhisardan qaynaqlanır:

“Təsəvvür edin, pərakəndə internet bazarının 65 faizi dövlət provayderlərinin nəzarətindədir. Qiyməti bazar yox, dövlət provayderləri tənzimləyir. Özəl şirkətlər də qiyməti aşağı salanda təzyiqlə üzləşirlər”.

Osman Gündüz hökumətin bu sahənin inkişafı ilə bağlı müəyyən işlər gördüyünü də bildirir. O, ilk növbədə Xəzərin dibi ilə optik lifli xəttin çəkilişi layihəsini vurğulayır. Bildirir ki, Asiya və Avropanı birləşdirəcək bu layihə tək Azərbaycan üçün yox, beynləlxalq aləmə də əhəmiyyətlidir.

Osman Gündüz prezident İlham Əliyevin innovasiyaların tətbiqi ilə bağlı fərman və sərəncamlarını bu sahənin inkişafı üçün olduqca önəmli olduğunu vurğulayır.

Amma o bildirir ki, bu kimi işlər görülsə də, real mənzərə fərqlidir. Məsələn, Azərbaycan həm internetin keyfiyyətinə, həm də qiymətinə görə qonşularından xeyli geridə qalır.

AzadlqıRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

İnternetin sürəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Azərbaycan ayaqlaşa bilmir...

Böyük Britaniyanın "Cable" şirkətinin 2019-cu il hesabatına görə, Azərbaycan orta internet sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Ermənistan 110-ci, Gürcüstan isə 88-ci yerdədir.

Osman Gündüzün fikrincə, beynəlxalq reytinqlər də göstərir ki, Azərbaycan qlobal internet sürəti ilə ayaqlaşa bilmir və geridə qalır.

Bakı sakini Tumral İsmayılov deyir internetə ayda 25 manat ödəyir. Amma internetin keyfiyyətindən çox narazıdır. O adi YouTube-da belə videoları rahat izləyə bilmir, bağlantı tez-tez donur:

“Sürət aşağıdır, qiymət də baha. Amma mənə demişdilər ki, 25 manat ən yüksək qiymətdir, internetin sürətində də heç bir problem olamayacaq. İndi provayderin adını çəkmək istəmirəm, Amma çox böyük ehtimal ki, bu provayderi dəyişməli olacağam”.

Təkcə provayder söhbəti deyil

Amma media eksperti Ələsgər Məmmədli düşünür ki, internetin keyfiyyəti ilə bağlı məsələ bir provayderdən asılı deyil.

Onun fikrincə, bunun birinci səbəbi optik lifli kabellərin çəkilişinin yubanmasıdır. İkincisi təchizatla bağlı problem var, yəni, əksər internet provayderləri Bakıda fəaliyyət göstərir, bu da regionlarda internetlə təminata təsir edir. Ələsgər Məmmədli deyir ki, oxşar problemlər mobil internetdə də müşahidə olunur:

“Bu gün Bakı şəhərinin bir çox hissəsində 3G, yəni yüksək keyfiyyətli internet almaq imkanı çox məhduddur. Məsələn, mən Yeni Yasamalda evin otağını dəyişəndə internetim kəsilir. Bakı şəhərinin mərkəzində ofisin bir otağından o birinə keçəndə internet kəsilir. Yəni, bir sözlə ölkədə internetin keyfiyyəti heç də yaxşı deyil.”

Ələsgər Məmmədli bunun birinci səbəbini hələ də Azərbaycanda internetin əsasən telefon xəttləri üzərindən verilməsində görür. O düşünür ki, bu problemi həll etmək üçün optik lifli kabellərlə internetin çatdırılması işi sürətlənməldir.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin belə bir layihəni gerçəkləşdirmək ideyası olub, lakin 2015-ci ilin devalvasiyası zamanı bu layihənin icrası təxirə salınıb.

Azərbaycan hökuməti “telekommunikasiya və informasiya texnologiyalarının inkişafının strateji yol xəritəsi”ndə internetin inkişafını da hədəfləyir.

2016-cı ildə qəbul olunan həmin strateji yol xəritəsində internetin sürətinin 2020-ci ildə 20 mbitə çatdırılması nəzərdə tutulurdu.

Amma 2020-ci ilə sayılı günlər qalsa da, Azərbaycanda internetin orta sürəti 3-4 mbit-dir. İnternetin orta sürəti barədə bu məlumat Britaniyanın "Cable" şirkətinin 2019-cu il hesabatında öz əksini tapıb.

XS
SM
MD
LG