Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:11

Tehranın əbədi dilemması: Azərbaycan və İran azərbaycanlıları


İrandan olan azərbaycanlı fəallar Azərbaycana dəstək kampaniyasına başlayıblar
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

İrandan olan azərbaycanlı fəallar Azərbaycana dəstək kampaniyasına başlayıblar

İrandakı azərbaycanlılar uzun illərdir ki, ana dilində təhsil və başqa milli hüquqları uğrunda mübarizə aparırlar

“İran, sənin cəsarətin varmı?” Bu sualı İranın Şərqi Azərbaycan vilayətindən olan, xaricdə yaşayan azərbaycanlı fəal Alparslan Çöhrəqanlı Instagram səhifəsindən yaydığı videoda səsləndirib.

Azərbaycan və İran arasında artan gərginlikdə Azərbaycanı müdafiə edir.

Son günlər Twitter-də də dünyanın müxtəlif yerlərində yaşayan İranlı azərbaycanlı fəallar Azərbaycan Respublikasına dəstək kampaniyasına başlayıblar.

Başqa bir fəal Bulud Ələmdar deyir ki, İranın daxilində də fəallar və sadə xalq Azərbaycan və İran arasındakı gərginliyi narahatlıqla izləyir və ümid edirlər ki, iki ölkə siyasətçiləri gərginliyi yoluna qoyacaqlar.

“Biz fəallar hazırıq, gərginlik bir az da artsa, meydana enəcəyik”.

Fəal: "Təbrizdə evlərə zəng edirlər ki, işimiz İsraillədir, sizlə yox..."
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

“Zəng edib bizimkilərə deyirlər ki…”

Bakıda bildirirlər ki, Tehran Qarabağa qanunsuz yüklər göndərir, bundan başqa, Azərbaycanı, əlində fakt olmadan İsraillə İrana qarşı əməkdaşlıqda ittiham edir.

İran tərəfi bu günlərdə Azərbaycan sərhədində hərbi təlimlər keçirib və İranın ali dini lideri Ayətulla Əli Xameneyinin rəsmiləri Twitter-də Azərbaycanın əleyhinə bəyanatlar yayıb.

Bulud Ələmdar bildirir ki, bu mövzular aktuallaşandan sonra İrandakı fəallar müxtəlif telefon zəngləri alırlar:

“Zəng edib bizimkilərə deyirlər ki, Azərbaycanla işimiz yoxdur, bizim işimiz İsraillədir…”

İran hökumətinin bu mövzu ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb. İran rəsmiləri dəfələrlə bildiriblər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.

“Tehran ritorikasını dəyişməyə məcbur oldu”

Keçən il Qarabağ müharibəsi vaxtı İrandakı azərbaycanlı fəallar Təbriz və Tehranda kütləvi aksiyalar keçirib hökumətin Ermənistana silah ötürülməsinə razılıq verməsinə etiraz edirdilər. Hökumət isə Ermənistana silah ötürülməsi barədə iddiaları rədd edib bu aksiyaları dağıdırdı.

İran Azərbaycanından olan və hazırda Türkiyədə yaşan jurnalist Taha Kermani deyir ki, həmin dövrdə saxlanan fəalların cinayət işi hələ qapanmayıb və Təbrizdə və digər böyük şəhərlərdə son günlər həmin şəxslər yenidən ya dindirilməyə çağırılıb, ya da saxlanıb. O deyir ki, İran hakimiyyəti azərbaycanlıların fəallığına həssaslıqla yanaşır:

“İranda bir çox fəal hökumətin Suriyadakı siyasətinə etiraz elədi, amma İran heç bir zaman siyasətini dəyişmədi, amma Qarabağ məsələsində ritorikasını dəyişmək məcburiyyətində qaldı. Yəni, İran türkləri son dərəcə önəmli bir gücə sahibdirlər. Bundan başqa, Güney Azərbaycanında olanlar həssaslıqla təqib edilir”.

İlk dəfə deyil ki, İrandakı azərbaycanlılar təzyiqə məruz qaldıqlarını bildirirlər. Onlar uzun illərdir ki, ana dilində təhsil və başqa milli hüquqları uğrunda mübarizə aparır və zaman -zaman bununla bağlı İran hökumətinin sərt tədbirləri ilə üzləşdiklərini deyirlər.

XS
SM
MD
LG