Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:28

İran dronlarıın Qərbdə hazırlanmış hissələri


İllüstrasiya
İllüstrasiya

Son beş ildə İran rəsmiləri və dövlət mediası İslam Respublikasında istehsal olunan “Mohajer-6” döyüş dronlarının "yerli” düşüncənin məhsulu olması haqda danışır. Rusiya Ukraynada bu dronlardan istifadə edir.

AzadlıqRadiosunun Ukrayna xidmətinin araşdırma layihəsi olan “Sxemlər” bu dronların elektron hissələrinin qətiyyən İranın yerli istehsalı olmadığını aşkarlayıb.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

“Mohajer-6” dronlarının içərisində ABŞ və Aİ şirkətlərinin istehsalı olan hissələr var. Həm ABŞ, həm də Aİ bu qəbildən texnologiyaların İrana ixracına sanksiya qoyub. Söhbət həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan texnologiyadan gedir.

“Mohajer-6”nın içərisində bu cür hissələrin olması istehsalçının ABŞ, yaxud Aİ sanksiyalarını pozması demək deyil. AzadlıqRadiosunun bunu sübut edəcək dəlilləri yoxdur.

Çində hazırlanmış hissələr

Araşdırma nəticəsində məlum olub ki, “Mohajer-6”-nın Çində istehsal olunmuş hissələri də var. Dronun Honq Konqda düzəldilmiş real zaman minikamerası 2013-cü ildə təsis edilmiş “RunCam” şirkətinin istehsalıdır. "İstifadəçilərimiz dostlarımızdır”, – şirkətin saytında deyilir. Saytda “RunCam”in İranda iki səlahiyyətli dilerinin olduğu bildirilir.

“Sxemlər” şirkətə müraciət edərək kameraların Rusiyanın Ukraynada hərbi məqsədlərlə istifadə etdiyi İran dronlarına yerləşdirildiyini bildirib və bununla bağlı açıqlama istəyib. "“RunCam”in məhsullarının silahlarda işlədildiyi üçün çox üzr istəyirik. “RunCam” hava hobbi məhsulları üzrə ixtisaslaşıb. Biz heç vaxt hərbi qurumlarla bağlı hər hansı müştəri ilə əlaqə saxlamırıq”, – şirkətin cavab e-mailində deyilir.

Ukrayna kəşfiyyatının dəyərləndirməsinə görə, İranın düzəltdiyi bu döyüş dronu Şimali Amerika və Aİ ölkələri, Yaponiya və Tayvan da daxil olmaqla 40-a yaxın ölkəyə aid şirkətin istehsal etdiyi hissələrdən yığılıb. Bu şirkətlərin əksəriyyəti ABŞ-da yerləşir.

Azı 15 ABŞ istehsalçısına aid hissələr

“Sxemlər”in dronun xaricdə istehsal olunan hissələrini şəxsən təftiş edən müxbiri azı 15 ABŞ istehsalçısına aid hissələri aşkarlayıb.

Onların arasında ABŞ-ın “Texas Instruments” texnologiya şirkəti də var. Daha öncə bu şirkət bəyanat verərək Rusiya və ya İrana məhsul satmadığını, qanun və qaydalara əməl etdiyini bildirmişdi.

“Sxemlər”in reportyorları bu komponentləri müəyyən etmək üçün Ukrayna hərbçilərinin Qara Dəniz üzərində, Nikolayev bölgəsində vurduğu, sökülmüş “Mohajer-6” dronundan istifadə ediblər. Onlar eyni zamanda Ukrayna kəşfiyyatının bu komponentlərin mənbəyi haqda qeydlərini də nəzərdən keçiriblər.

“Yekun istehlakçı İrandır”

Həm Qərb rəsmiləri, həm də qanunsuz texnologiya transferlərini öyrənən ekspertlər deyirlər ki, İran ABŞ və Aİ-dən ikili istifadə texnologiyalarını əldə etmək üçün ön şirkətlər və proksilər hesabına geniş qlobal təchizat şəbəkəsi yaradıb.

"İxracatçılar sifarişin Birləşmiş Ərəb Əmirlikləri, yaxud başqa bir üçüncü ölkədən gəldiyini görüb yekun istehlakçının həmin ölkədə olduğunu düşünürlər. Əslində isə yekun istehlakçı İrandır", – London Kral Kollecinin Müharibə Elmləri kafedrasının baş tədqiqatçısı Daniel Salisburi deyir.

Sentyabrda ABŞ Xəzinədarlıq Departamenti Vaşinqtonun insansız hava maşınları (İHM) istehsalı və Rusiyaya ötürülməsi ilə bağlı olduğunu düşündüyü İran şirkətlərinə ayrıca sanksiya tətbiq edib.

"Qeyri-İran və qeyri-Rusiya qurumları da İran İHM-larının istehsalı və ya …Rusiyaya ötürülməsini, yaxud satılmasını dəstəkləməkdən yayınmaq üçün daha diqqətli olmalıdırlar”, – ABŞ Xəzinədarlıq Departamentinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə alt katibi Brayan E. Nelson həmin sanksiyaları elan edərkən deyib.

Termal görüntü kamerasının mənşəyi

“Mohajer-6” dronlarının istehsalına 2017-ci ildə başlanıb. Kütləvi istehsala isə bir il sonra keçilib. İslam Respublikasının ildönümünə həsr olunmuş mərasimdə o zamankı müdafiə naziri Əmir Hatəmi deyib ki, bu yeni taktiki dronlar izləmə, kəşfiyyat və hədəfi məhv etmə funksiyalarına malikdir.

“Mohajer-6” dronunun termal görüntü kamerasının mənşəyini isə təyin etmək çətindir. Ukrayna kəşfiyyatı onun ABŞ-ın Oreqon ştatında yerləşən “Sierra-Olympic Technologies” şirkətinə aid ola biləcəyi qənaətinə gəlib. Ancaq kamera onun Çində istehsal olunan daha ucuz analoquna da bənzəyir.

Çinin “Qingdao Thundsea Marine Technology” şirkəti cavab emailində biznesə mənfi təsirindən ehtiyat etdiyi üçün İranla heç bir ticarət aparmadığını bildirib.

“Sierra-Olympic Technologies” şirkəti isə müraciətlərə cavab verməyib.

Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Kanada şirkəti

Dronun istehsalında istifadə olunan mikroçiplərin üzərində Kaliforniyada yerləşən “Linear Technology Corporation” və onun aid olduğu, Massaçusets ştatında yerləşən “Analog Devices, Inc.” (ADI) şirkətinin loqoları aşkarlanıb. ADI jurnalistlərin emailinə cavab verməyib.

Jurnalistlər “Mohajer-6”nın azı bir komponentinin Avstriyada istehsal olunduğunu müəyyən ediblər. Dronun mühərriki Avstriyanın “BRP-Rotax GmbH & Co KG” şirkətinin istehsalıdır. Bu şirkət Kanadanın “Bombardier Recreational Products” (BRP) şirkətinə aiddir. Daha öncə başqa media qurumları, o cümlədən CNN də bu haqda məlumat verib.

Kanada şirkəti oktyabrın 21-də göndərdiyi cavab emailində "distribütorlarına İran və ya Rusiyadakı hərbi İHM istehsalçılarına mal satmaq səlahiyyəti vermədiyini” bildirib.

"Biz vəziyyətdən xəbərdar edilən kimi dərhal mühərriklərin mənşəyini müəyyənləşdirmək üçün araşdırmaya başlamışıq”, – deyə BRP yazıb.

İtaliya şirkətləri

Ancaq “Sxemlər”in müxbirləri Avstriya istehsalçısının saytında adı çəkilən bir italyan şirkətinin “Rotax” mühərriklərinin İran üzrə distributoru olduğunu aşkar ediblər.

“Luciano Sorlini S.p.a.” adlı italyan şirkəti öz saytında və bir neçə reklamında özünü bir neçə ölkə üzrə distributor kimi təqdim edir. İranın adı bu ölkələrin arasında çəkilir.

“Rotax” şirkətinin öz saytında isə Tehranda yerləşən mühərriklərin rəsmi servis mərkəzi kimi “MahtaWing” şirkətinin adı çəkilir. Fars dilində adı “Mahtabal” olan bu şirkət “Mohajer-6” dronlarında olan “Rotax 912 iS” mühərriklərini də təmir edir.

XS
SM
MD
LG