Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:35

Tehranda və başqa şəhərlərdə etirazlar davam edir


Mahabadda etiraz aksiyası (Arxiv fotosu)
Mahabadda etiraz aksiyası (Arxiv fotosu)

İranın Tehran da daxil bir sıra şəhərlərində ötən həftəsonu da etirazlar davam edib.

Tehranın Ekbatan məhəlləsində etirazçılar pəncərələrdən və evlərin damlarından “diktatora ölüm!” şüarı səsləndiriblər.

Etirazçılar “diktator” dedikdə ölkənin ali rəhbəri ayətüllah Əli Xameneyini nəzərdə tuturlar.

Buna bənzər səhnələr paytaxtın başqa məhəllələrində, habelə Amol, Kələçay, Bojnurd və Həmədan şəhərlərində də yaşanıb.

Sosial media şəbəkələrində yayılmış videolarda İranın şimalındakı Gilan ostanında 1979-cu il inqilabının ildönümünə həsr edilmiş küçə plakatlarına od vurulduğu görünür.

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.

XS
SM
MD
LG