Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:36

Rumıniyada reanimasiya çarpayıları çatışmır


Rusiya, arxiv fotosu
Rusiya, arxiv fotosu

İranın 84 milyonluq əhalisinin 45 faizinin tam peyvənd olunduğu bildirilir

Avropa Birliyində vaksinasiyanın zəif getdiyi ikinci ölkə olan Rumıniyada son 24 saatda koronavirusdan 591 ölüm, 11 mindən çox yoluxma qeydə alınıb.

19 milyon əhalisi olan ölkədə reanimasiya çarpayılarının çatışmadığı bildirilir. AB-nin digər üzvləri Polşa, Macarıstan və Almaniya rumıniyalı xəstələri öz xəstəxanalarına daşımağa başlayıblar.

İndiyədək koronavirusdan 49 min nəfərin vəfat etdiyi Rumıniyada yetkin yaşlıların 37 faizinin tam peyvənd olunduğu bildirilir.

Son həftələr yoluxmaların intensivləşməsi vaksinasiyanı gücləndirsə də, sosial mediadakı dezinformasiya kampaniyalarından dolayı skeptisizm də qalır.

***

İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın COVID-19 testi müsbət çıxıb. Xarici İşlər Nazirliyi onun ümumi vəziyyətinin yaxşı olması, karantindən işi davam etdirməsi haqda məlumat yayıb.

İndiyədək İranda bir xeyli rəsmi COVID-19-a yoluxub. Hazırda bu ölkə altı milyona yaxın yoluxma ilə Yaxın Şərqdə koronavirus pandemiyasının ən çox ziyan vurduğu ölkədir. 125 mindən artıq ölüm qeydə alınıb.

İranın 84 milyonluq əhalisinin 45 faizinin tam peyvənd olunduğu bildirilir. Delta ştammının yaratdığı son dalğa avqustda yaşanıb.

Yaponiya

Bu arada Yaponiya sərhəd qadağalarını tədricən yüngülləşdirməyi planlaşdırır. Ancaq planlar şirkət rəhbərlərinin gözləntilərini doğrultmayıb. Hökumət biznes məqsədilə səyahət edənlərin karantin müddətini 10 gündən 3 günə endirir. Yerli və xarici biznes qrupları isə hökumətin Birləşmiş Ştatlar və Avropa Birliyi daxil böyük ticarət tərəfdaşları üçün sərhəd məhdudiyyətlərini qaldırmasını istəyirdi.

Ölkə əhalisinin vaksinasiya səviyyəsi 70 faizi keçib, yoluxma sayı dramatik azalıb. Avqustda günə ortalama 5 mindən artıq yoluxma qeydə alınırdısa, noyabrın 1-də Tokioda cəmi 9 yoluxma aşkarlanıb.

Rusiya

Son həftələr yoluxma dalğasının gücləndiyi Rusiyada həkimlərin “fövqəladə” gərginlik altında işlədiyi xəbər verilir. Kremlin sözçüsü Dmitri Peskovun jurnalistlərə dediyinə görə, qırmızı zonada işləyən həkimlər “aşırı fiziki və emosional stres” altında çalışırlar.

Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri elan olunub. Kreml ötən həftə bildirib ki, ödənişli tətil Rusiyada yoluxmaları sabitləşdirə bilər.

Hökumət noyabrın 1-də 40 min 402 yoluxma və 1155 ölümün qeydə alındığını açıqlayıb. Bu rəqəmlər son günlərin göstəricilərindən azacıq azdır.

Noyabrın 2-də isə ölkədə COVID-19-dan daha bir rekord ölü sayı açıqlanıb. Hökumətin koronavirusa qarşı işçi qrupu son 24 saat ərzində koronavirusdan 1178 nəfərin öldüyünü, 39 mindən çox yoluxmanın qeydə alındığını bildirib.

Avstraliya

Tailand və Avstraliya noyabrın 1-də 18 aydan sonra ilk dəfə olaraq sərhəd qadağalarını yüngülləşdirib.

Avstraliyanın Sidney şəhərində peyvənd olunanlar üçün qadağalar xeyli yüngülləşdiriləcək. 5 milyona yaxın əhalisi olan şəhərin vaksinlənmiş sakinləri noyabrın 8-dən evlərində qeyri-məhdud sayda qonaq qəbul edə biləcəklər. Pablar və klublar daha çox qonağa yer ayıracaq.

Peyvənd olunmayanlara isə daha sərt qadağalarla üzləşəcəklər.

Latviya, Nyu York

Bu arada Latviya pandemiyaya qarşı mübarizədə beynəlxalq yardım qəbul edib.

Səhiyyə naziri Daniels Pavluts Finlandiya, Macarıstan, Niderland və İsveçə tibbi avadanlıq yardımına görə təşəkkür edib.

Latviya hazırda Avropada ən yüksək yoluxma səviyyəsi qeydə alınan ərazilərdən biridir.

Nyu Yorkun meri Bil de Blasio isə təcili yardım xidmətləri üçün vaksini məcburu etməsinin uğurlu olduğunu, şəhərdəki xidmətlərin işində pozuntu qeydı alınmadığını bildirib. Bəzi yanğınsöndürənlər isə qərar etiraz olaraq xəstəlik məzuniyyətinə çıxıblar.

Qərarda təcili tibbi yardım və sanitar xidmət işçilərinin oktyabrın 29-dək azı bir doza peyvənd vurdurması tələb olunurdu. Həftəsonunadək 3 min 500-dən çox işçi peyvəndi vurdurub.

XS
SM
MD
LG