Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:13

İran sərhədində təzə nə var, nə yox...



Astarada küçə
Astarada küçə

İrana gedən əsas yolun sağ və solunda mağazalar fəaliyyət göstərir. Onların bir çoxu işləmir. Bağlı mağazaların üstündə “İcarəyə verilir” sözləri yazılıb. İşləyən mağazalar da az deyil. Bu mağazalar İrandan gətirlmiş mallarla doludur. Alıcı isə gözə dəymir...

Astara sərhəd- keçid məntəqəsinin önündə 4-5 taksi dayanıb. İrandan qayıdanlar oradan keçirlər. Taksilər də öz xidmətlərini onlara təklif edirlər. Saatlar ötür. Nə gedən var, nə gələn. Sakitlikdir. Taksi sürücülərindən biri deyir ki,vaxtları boşa gedir:

“Benzinin qiymətinin qalxması bizi çətinə salıb”

“Günümüz gözləmkdə keçir.İş adamları olur. Ayda 5-6 müştərim olsa, Allaha şükür edərəm. Burada yüzlərlə taksi olardı. Taksi yenə azlıq edərdi. O günlər getdi. Ailəyə bir tikə çörək çatdırmaq arzusundayam. Bakıya adambaşına 15 manatdan aparırıq. Elə iş adamı var ki, 60 manat verir, tək gedir. Benzinin qiymətinin qalxması bizi çətinə salıb. Bakıya işləyən taksilərin çoxu bahalaşmış benzin markaları ilə ( Bu günlər A-95 və A-98 markalı benzin 10 faizdən 20 faizə qədər bahalaşıb) işləyir.”

İrana gedən əsas yolun sağ və solunda mağazalar fəaliyyət göstərir. Onların bir çoxu işləmir. Bağlı mağazaların üstündə “İcarəyə verilir” sözləri yazılıb. İşləyən mağazalar da az deyil. Bu mağazalar İrandan gətirlmiş mallarla doludur. Alıcı isə gözə dəymir. Satıcılardan birinə yaxınlaşıb alverin necə getdiyini soruşduq. Onun sözlərinə görə, İrandan mal gətirmək problem deyil:

“Sərhədyanı ticarət can verir”

“Kimin lisenziyası var mal gətirir. Maşınla gətirirlər. Gedib gömrükdən götürürük. Əsasən yuyucu tozlardır. Bizdə yuyucu tozlar bahalaşır. İrandan toyuq əti, şəkər, un gətirməyə qoymurlar. Konfet buraxırlar. Quru çay gəlir. İrandan gətirilən malların qiymətində çox az hallarda dəyişiklik olur. Problem alıcının az olmasındadır. Əvvəllər ölkəmizin hər yerindən alıcılar gəlirdi, çoxlu mal alıb aparırdılar. Həftədə mağaza 1-2 iki dəfə boşalıb- dolurdu. Sərhədyanı ticarət can verir.”

Onun deməsinə görə, nə alver var, nə də mağazaları alan:

“Bizə məlumatlar gəlib çatır. İran tacirləri də qapıların bağlanmasından narazıdırlar. Yaxşı pul qazanırdılar, indi həmin qazanc yoxdur. Malları əvvəlki kimi işə getmir.”

Bizə qulaq asan digər satıcı söhbətə qoşulur.

İcarəyə verilən mağaza
İcarəyə verilən mağaza

“Bütün günü burda bekarıq. 1-2 alıcı olanda sevinirik. Sizi uzaqdan gördük, sevindik ki, alcısınız. Bu ətrafda yüzə yaxın irili-xırdalı mağaza var. Yarıdan çoxu bağlıdır. Mağazalar icarəyə verilir, elanları vurublar. Burda alver getmir, kim icarəyə götürər? ”

“Əvvəl qazanırdım”

Yaxınlıqda isə arabaçı durub, müştəri gözləyir.O,da vəziyyətdən gileylidir:

“Koronavirus pandameyasından əvvəl qazanırdım. Ailəni dolandırırdım. İndi yoxdur. Yükü əl ilə buraxmırlar. 60-a yaxın yaşım var. Kim məni bu yaşda işə götürər? Heç kim. Məşğulluq idarəsinə getmişdim, dedilər idarə Lənkərana köçüb. Hər gün gəlib, burda gəzirəm. Bəlkə birinə yük daşımaq lazım oldu. İranlı az gəlir, əvvəlki vaxtlar deyil. O da yüksüz gəlir. İrana xəstələr gedir. Adi vətəndaşları buraxmırlar.”

İrandan qayıdan bir şəxsə yaxınlaşırıq. Ondan İrana getməyinin səbəbini soruşduq, dediyinə görə, müalicəyə gedibmiş:

“Orada müalicə ucuzdur...”

“Xarici pasportu, şəxsiyyət vəsiqəsinin sürətini, xəstəlik haqqında sənədi Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim etdim. Bir həftə ərzində adıma xüsusi icazə gəldi. İcazə veriləndən sonra sənədləri İran səfirliyinə verdim. O da bir həftə çəkdi. Uzun müddətdir ki, İrana həkimin yanına gedirəm. Müalicə olunuram. Orada müalicə ucuzdur...”

Astara, İrana gedən yolun kənarında dayanan yük maşınları
Astara, İrana gedən yolun kənarında dayanan yük maşınları

İrana gedən nəqliyyat yolunda da sakitlikdir. Nə girişdə, nə də çıxışda yük maşını gözə dəyir. Yalnız bir qədər aralı dayanmış 3-4 yük maşını diqqət çəkir. Yaxınlıqdakı admlarla söhbətləşirik. Deyirlər ki,İranda yük azdır.

“İrana gedən, oradan gələn yük maşınların sayı azdır. İrandan Azərbaycana tikinti materialları gəlir. Kənd təsərrüfatı məhsulları, əsasən Rusiyaya daşınır. İrana dəmir yolu çəkiləndən sonra çörəyimiz kəsildi. Rusiyadan gələn taxta, şalban dəmir yolu vasitəsi ilə daşınır. Mənim maşınım isə təmirdədir”,deyə söhbətləşdiyimiz şəxslərdən biri vurğulayır.

Koronvirusla bağlı ötən il fevralın sonlarından Azərbaycanla İran arasında gediş-gəliş məhdudlaşdırılıb...

XS
SM
MD
LG