Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:10

İran polisi qadının zorakılıqla həbsinə görə onun özünü suçlayır 


İranda qadınlar
İranda qadınlar

Tehran polisi rəsmi bəyanatda bildirir ki, məqsədi hicab qanununa əməl etməyən qadının maşınını müsadirə etmək olub.

İran polisi Tehranın qərbində bir qadının zorakılıqla həbsini onun məcburi hicab qanununa əməl etməməsi, polisə müqavimət göstərməsi ilə izah edir. Bu insident ölkədə məcburi geyim kodeksinin səbəb olduğu qəzəbin artdığını göstərir.

Son günlər sosial mediada yayılan videoda qadının yanvarın 13-də polis əməkdaşları tərəfindən zorakılıqla saxlandığı, saxlanma zamanı onu şoka salmaq üçün elektrik çubuğundan istifadə olunduğu görünür.

Tehran polisi rəsmi bəyanatda bildirir ki, məqsədi hicab qanununa əməl etməyən qadının maşınını müsadirə etmək olub. Son vaxtlar polis bu qanuna necə əməl olduğunu maşınları təftiş etməklə yoxlayır.

İndiyədək yayılan məlumatlara görə, İran polisi CCTV kameraları vasitəsilə məcburi hicab qaydasını pozan qadınları aşkarlayır, daha sonra onların maşınlarını müsadirə edirlər.

Bəzi iranlılar polisin belə bir addımının hüquqi əsaslarını sorğulayır, hicab qanununa əməl etməməyə görə maşınların müsadirəsini İslam Respublikasının mövcud qanunlarına zidd sayırlar.

Hicab etirazları

İranda hicab 1981-ci ildə, İslam İnqilabından iki il sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib. Bu addım etirazlara səbəb olsa da, hakimiyyət tərəfindən yatırdılıb. Ancaq illərlə bir çox qadınlar qaydaya əməl etməyib, hicabı rəsmilərin məqbul saydığı formada bağlayıblar.

Bu qanuna qarşı fəallar kampaniyalar aparsalar da, dövlətin təzyiqinə məruz qalıb, yaxud ölkədən çıxmalı olublar.

2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əminini guya hicabı düzgün bağlamadığına görə polis saxlayıb, o, üç gün sonra vəfat edib. Bu hadisə ölkədə irimiqyaslı etirazlara səbəb olub.

Davamlı ictimai qəzəbə baxmayaraq, parlament Əminin ölümünün ildönümündə qanunun yenilənmiş versiyasını təsdiqləyib, qanunu pozanlar üçün daha sərt, 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Oktyabrın sonunda isə daha bir gənc qadının Tehran metrosunda “əxlaq” polisi ilə üzləşəndən sonra öldüyü bildirilib. 17 yaşlı Armita Qəravəndin oktyabrın 1-də polis təzyiqinə məruz qaldıqdan sonra komaya düşdüyü deyilirdi. Bəzi məlumatlarda insidentə görə hicab qvardiyaçılarının məsuliyyət daşıdığı vurğulanıb. Qəravənd bir neçə gün komada qalandan sonra vəfat edib.

XS
SM
MD
LG