Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 04:24

İsrailin dron istehsalçısına qarşı ittiham irəli sürülüb


İsrailin Harop kamikaze (intihar) dronu
İsrailin Harop kamikaze (intihar) dronu

İsrailin dron istehsalçısı Aeronautics şirkətinə və onun üç vəzifəli əməkdaşına qarşı ittiham irəli sürülüb.

İsrailin Haaretz qəzeti yazır ki, şirkət özünün ən mühüm müştərilərindən biri ilə biznesində ölkənin müdafiə ixracatı qanununu pozmaqda günahlandırılır.

Qəzet yazır ki, məhkəmənin çıxardığı məxfilik hökmü bu iş barədə detalların dərc olunmasını qadağan edir.

Məqalədə deyilir ki, şirkət son bir neçə il ərzində təhqiqat altındaydı.

2018-ci ildə İsrailin Ədliyyə Nazirliyi bildirmişdi ki, prokurorlar dələduzluq və müdafiə ixracatı qanununun pozulması ilə bağlı şirkətin əməkdaşlarına qarşı ittiham irəli sürməyə hazırlaşırlar.

Haaretz qəzetinin yazdığına görə, 2017-ci ilin avqustunda İsrailin Müdafiə Nazirliyi gözlənilmədən şirkətin hücum dronlarından birinin xarici ölkədəki mühüm müştərilərdən birinə satışı üçün lisenziyasını ləğv etdiyini bildirmişdi.

Təhqiqat

Daha sonra verilən xəbərlərdə deyilirdi ki, polis məsələ ilə bağlı təhqiqata başlayıb.

Elə həmin ay Müdafiə Nazirliyinin Təhülkəszilik Departamenti bildirmişdi ki, Aeronautics şirkətinə qarşı şikayətlə bağlı təhqiqata başlanıb.

Həmin şikayətdə iddia olunurdu ki, Aeronautics şirkətinin nümayəndələri Azərbaycanda kamikaze dronunun nümayiş etdirilməsi üçün Ermənistan ordusunun canlı qüvvə mövqelərindən birinə zərbə etdiriblər.

Şirkət o vaxt bu iddiaları rədd etmiş və bildirmişdi ki, sözü gedən dronla əməliyyatlar yalnız müştəri tərəfindən həyata keçirilə bilər və şirkət nümayəndələri canlı hədəflərə zərbənin nümayiş etditilməsini həyata keçirmirlər.

“Mühüm müştəri” Azərbaycandırmı?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun İsrailin The Jerusalem Post qəzetinə istinadən yazır ki, sözü gedən təhqiqatın detalları böyük bir ehtimalla şirkətin dron satışına ziyan vurulmaması və ya ölkənin mühüm partnyoru ilə bağlı olduğuna görə məxfi saxlanır.

Qəzet yazır ki, İsrailin ən böyük hərbi-sənaye şirkətinin 2017-cin ildə düşdüyü qalmaqal Müdafiə Nazirliyini Aeronautics şirkətinin baş direktoru da daxil üç əməkdaşının ixrac lisenziyalarını dayandırmağa məcbur etmişdi.

Lakin 2019-cu ildə, təhqiqat hələ başa çatmadan xəbər verilmişdi ki, İsrailin Müdafiə Nazirliyi özünün ixracat qadağanını ləğv edib.

Bunun ardınca, iki həftədən sonra Aeronautics Defense Systems şirkəti Azərbaycanla milyonlarla dollarlıq kontrakt imzaladığını elan etmişdi.

Azatutyun yazır ki, elə həmin il şirkətin Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG