Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:11

Azərbaycan İsraillə Türkiyəni barışdıra bilərmi?


İsraildəki erməni icmasının Azərbaycan və Türkiyəyə etiraz aksiyası - 17 oktybar 2020-ci il
İsraildəki erməni icmasının Azərbaycan və Türkiyəyə etiraz aksiyası - 17 oktybar 2020-ci il

Keçmiş İsrail naziri: Türkiyə-İsrail yaxınlaşması Azərbaycanın milli maraqlarına cavab verir

Londonda mənzillənmiş Middle East Monitor (MEMO) media-təhlil qrupu Livandakı Əl-Zaytuna Mərkəzinin analizinə istinadən yazır ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında əhəmiyyətli rol oynaya bilər.

Məqalədə deyilir ki, Ermənistana qarşı müharibədə həm Türkiyə, həm də İsrail Azərbaycanı dəstəkləyiblər və hər iki ölkə Azərbaycanın silahlandırılmasında aparıcı rol oynayır.

Analitiklərin fikrincə artıq bunun özü üç ölkənin eyni platformada ola biləcəyinin göstəricisidir.

Məqalədə deyilir ki, Türkiyə və İsrail habelə Bakının İranla qarşıdurmasında Azərbaycanın tərəfini saxlayıblar:

"İran və Azərbaycan arasında ötən il yaranmış gərginlik Türkiyə və İsrail arasında yaxınlaşmanın yolundakı bəzi maneələri aradan qaldırmışdı”.

MEMO yazır ki, dinc şəraitdə isə qarşılıqlı diplomatiyaya qayıdış Ankaranın üzərindəki təzyiqi azalda bilər.

Türkiyə və İsrail qazı

Məqalədə deyilir ki, Türkiyə və İsrail münasibətlərinin normallaşdırılmasına doğru hərəkətə 2021-ci ildə başlayıblar.

Lakin bu da qeyd edilir ki, Türkiyə-İsrail yaxınlaşması qaçılmaz olmasa da, baş verməsinə böyük ehtimal olan hadisədir.

Bu arada İsrael Hayom qəzeti xatırladır ki, Türkiyə prezidneti Recep Tayyip Erdoğan bu yaxınlarda ölkəsinin İsraillə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

Məqalədə deyilir ki, mart ayında keçiriləcək enerji əməkdaşlığı danışıqlarında İsrail və Türkiyə arasında İsrail qazının Avropaya nəqli sahəsində işbirliyi müzakirə olnacaq.

Qəzet qeyd edir ki, Türkiyə və İsrail arasında yaxınlaşma regional sabitliyin möhkəmləmməsində əhəmiyyətli rol oynaya bilər.

Keçmiş nazir deyir ki, bu yaxınlaşma Azərbaycanın milli marağındadır

Binyamin Netanyahunun hökumətində rabitə naziri olmuş Ayub Kara da qəzetə müsahibəsində Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında rol oynaya biləcəyini deyib.

Kara bildirib ki, Ermənistanla müharibədə Azərbaycanı dəstəkləmiş iki ölkə Azərbaycana Qarabağın bərpa olunmasında da kömək edəcək.

Keçmiş nazirin fikrincə məhz bunlara görə Türkiyə-İsrail yaxınlaşması Azərbaycanın milli maraqlarına cavab verir.

Kara bildirib ki, iki ay bundan əvvəl Abu-Dabidə Erdoğanın müşaviri ilə görüş keçirib və onlar iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması barədə söhbət ediblər.

Qəzet xatırladır ki, ötən il Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev demişdi:

“Türkiyə Azərbaycanın qardaş ölkəsi və İsrail bizim strateji tərəfdaşımızdır. Dostlarımızın bir-biri ilə dost olmasını istəyirik. Tərəflər belə bir təşəbbüslə razılaşsalar, o zaman Azərbaycan onları alqışlayacaq”.

Məqalədə deyilir ki, Azərbaycan bundan əvvəl üç ölkənin iştirakı ilə sammitin keçirilməsini təklif edib.

XS
SM
MD
LG