Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:40

İsveç məhkəməsi Türkiyəyə ekstradisiyanı bloklayıb


Məhkəmənin bu qərarından bir neçə gün əvvəl prezident Rəcəb Tayyib Erdoğan demişdi ki, Türkiyə İsveçin NATO üzvlüyünə bloku qaldıracaq
Məhkəmənin bu qərarından bir neçə gün əvvəl prezident Rəcəb Tayyib Erdoğan demişdi ki, Türkiyə İsveçin NATO üzvlüyünə bloku qaldıracaq

İsveçin Ali Məhkəməsi Ankaranın 2016-ci ildə baş tutmamış dövlət çevrilişi cəhdində iştirakda ittiham etdiyi iki nəfərin Türkiyəyə ekstradisiyasını bloklayıb.

Məhkəmə bildirib ki, bu iki qaçqın statuslu şəxs Türkiyəyə təslim edilərsə, orada onları cinayət təqibi gözləyə bilər.

Türkiyə bildirir ki, bu iki nəfər ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin yaratdığı qrupun üzvləridirlər.

Türkiyə FETÖ adlandırdığı bu qrupu terrorçu təşkilat hesab edir.

İsveç məhkəməsi bunu da bildirib ki, sözü gedən iki şəxsin öz telefonlarına qrup üzvlərinin istifadə etdikləri tətbiqləri yükləməsi hələ onların terrorçu təşkilat üzvü olması anlamına gəlmir və buna görə də ekstradisiya üçün yetərsizdir.

Ərdoğanın jestindən sonra

Məhkəmənin bu qərarından bir neçə gün əvvəl prezident Rəcəb Tayyib Erdoğan demişdi ki, Türkiyə İsveçin NATO üzvlüyünə bloku qaldıracaq.

Ankara İsveçin NATO üzvlüyünü əngəlləyərkən iddia edirdi ki, İsveç onun terrorçu saydığı insanları himayə edir.

İsveç Türkiyənin tələblərinin icrası üçün bu yaxınlarda yeni terrorizm qanunu da daxil bir sıra islahatlar həyata keçirib.

Yeni qanun Türkiyənin terrorda ittiham etdiyi şəxslərin ekstradisiyasını asanlaşdırmalı idi.

XS
SM
MD
LG